«Xəqani Ədəboğlu haqqında xatirələrim «-Polkovnik Elmar Hüseynov yazır

Vətən üçün ,xalq üçün dünyaya gələn və sevgisinin  ünvanı  Vətən ,millət olan Xaqani Rzaquliyev haqqında ,onun yoxluğunda xatirə yazmaq ağlıma gəlməzdi.

Döyüşçü-hərbi jurnalist, Qazi qardaşımız Xəqani haqqında keçmiş zamanda yazmaq danışmaq çox çətindir. Çünki O bizim qəlbimizdə daim yaşayacaq. Öz işinin peşəkar ustası kimi, həqiqəti heç kimə görə dəyişməyən bir iti qələm sahibi idi Xəqani qardaşımız. Tarixi araşdırmalarını dərin savadı ilə biz oxuculara çox ustalıqla çatdırırdı.

Əsl Türk oğlu Türk idi Xəqani Ədəboğlu. Onun yazdığı kitabların, yazıb dərc etdirmədiyi elmi araşdırmaların gələcək nəsillərə çox lazım olacaq. Rəhbərlik etdiyi saytlarda operativ olaraq daim Şəhid ailələrinin, Qazilərin,Müharibə veteralarının problemlərini işıqlandırırdı, öz məsləhətəri ilə hamımızın köməyinə çatırdı. Müharibə adamlarının cəmiyyətdə rolu, onlara mənəvi-psixoloji köməyin, maddi və mənəvi təminatının günümüzün reallığı ilə uzlaşması üçün Xəqani müəllim çox böyük işlər görürdü. Eldən gedən Şəxsiyyət , ruhunuz şad olsun.

İllər keçsə belə,vətən sevdalılarının qəlbində daima yaşıyacaqsan ,Vətənə can olan  Vətən oğlu.


Allah rəhmət eləsin!

Bu xəbəri paylaşın: