Şəhidimiz İlqar Nadir oğlu Həsənovun anım mərasimi keçirilib.
Fedai.az xəbər verir ki, tədbir iştirakçıları Şəhidin məzarın ziyarət edib , xatirəsin anıblar. Mərasimdə Beyəqan Rayon İcra Hakimiyyəti başçısının müavini Telman Məsdanov , Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri Heybət Əliyev , Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi və Xocavənd rayon şöbəsinin sədri Eynulla Həsənov , AVMVİB Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov , müəllim və şagirdlərşəhidin ailəsi, əsgər yoldaşları, yaxınları, qonşular iştirak edib. Tədbirdə şəhid İlqar Nadir oğlu Həsənov döyüş yolundan danışılıb. Mərasimdə Tədbirdə çıxış edən
Tədbirdə çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi və Xocavənd rayon şöbəsinin sədri Eynulla Həsənov , AVMVİB-in sədri Füzuli Rzaquliyevin salamını mərasim iştirakçılarına çatdırıb. E.Həsənov qeyd edib ki, Şəhidlərimizin xatirəsini əziz tutmaq bizim mənəvi borcumuzdur və ruhları qarşısında baş əydiyini bildirib.
Tədbirdə şagirdlər tərəfindən şeirlər səsləndirilib.
Allah rəhmət eləsin!
İlqar Nadir oğlu Həsənov 1990-cı il yanvarın 2-də Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra İlqar hərbi xidmətə yollanır. Hərbi xidmətini başa vurduqdan sonra ordu sıralarında qalmağa qərar verib də müddətdən artıq hərbi xidmətçi kimi Vətənin keşiyində dayanıb.
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş İlqar Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlqar oktyabrın 27-də yaralanıb və hospitala yerləşdirilib. Lakin bir gün sonra öz istəyi ilə yenidən döyüşlərə qatılıb. Laçının Güləbird və Səfiyan kəndlərinin də azad edilməsində qəhrəmanlıq göstərib. Sonuncu dəfə noyabrın 1-də ailəsi ilə əlaqə saxlayıb və qələbənin çox yaxında olduğunu deyib.Noyabr ayının 8-də isə Şuşa uğrunda gedən döyüşlər zamanı İlqar qəhrəmancasına şəhid olub.
iləli idi, bir qızı və bir oğlu yadigar qaldı.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Həsənov ölümündən sonra «Vətən uğrunda» medalı, “İgidliyə görə”, «Cəbrayılın azad olunmasına görə» medalı, «Füzulinin azad olunmasına görə»medalları ilə təltif edilib.


