Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullardan biri, Mingəçevir şəhərindən Vətən müharibəsinə yollanmış Ərzuman Kamran oğlu Osmanovun şəhadətinin ildönümü ilə bağlı tədbir keçirilib, əziz xatirəsi anılıb.
Fedai.az xəbər verir ki, tədbir iştirakçıları Şəhidin məzarın ziyarət edib , xatirəsin anıblar. Mərasimdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini və Mingəçevur şəhər şöbəsinin sədri Natiq Həsənov , müəllim və şagirdlər şəhidin ailəsi, əsgər yoldaşları, yaxınları, qonşular iştirak edib. Tədbirdə şəhid döyüş yolundan danışılıb.
Tədbirdə çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini və Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov , AVMVİB-in sədri Füzuli Rzaquliyevin salamını mərasim iştirakçılarına çatdırıb. N..Həsənov qeyd edib ki, Şəhidlərimizin xatirəsini əziz tutmaq bizim mənəvi borcumuzdur və ruhları qarşısında baş əydiyini bildirib.
Tədbirdə şagirdlər tərəfindən şeirlər səsləndirilib.
Allah rəhmət eləsin!

Ərzuman Kamran oğlu Osmanov (25 dekabr 1990; Orta Ləki, Ağdaş rayonu — 1 oktyabr 2020; Ağuçuq yüksəkliyi, Gülüstan-Madagiz ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Ərzuman Osmanov 1990-ci 25 dekabr tarixində Ağdaş rayonunun Orta Ləki kəndində anadan olub. 1997-2008-ci illərdə Nizami Gəncəvi adına Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə təhsil alıb. Subay idi. Əsgər yoldaşları arasında «Aliço» ləqəbi ilə tanınan Ərzuman Osmanov oktabrın 1-də Madagiz uğrunda döyüşlərdə ağır yaralanıb və ondan bir daha xəbər alınmayıb.
İtkin düşən Ərzuman Osmanovun nəşi dekabrda aparılan axtarışlar zamanı tapılıb və DNT analizindən sonra 9 dekabr 2020-ci il tarixində ailəsinə təhvil verilib. Ərzuman Osmanov 10 dekabr tarixində Mingəçevir şəhər şəhidlər xiyabanında böyük izdihamla dəfn olunub.
«Vətən uğrunda» , ”Cəsur döyüşçü” , “Suqovuşanın azad olunmasına görə» medalları (ölümündən sonra) ilə təltif edilib.
