Şuşada sülhməramlılara qarşı etiraz keçirilir — VİDEO

Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatları Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşada etiraz aksiyası keçirir.

Fedai.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Bildirilir ki, etirazçılar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

Azərbaycan Nümayəndə Heyəti əraziyə general Volkovun gəlməsini tələb edirlər, Sülhməramlılar isə onlara mane olmağa çalışırlar. (Unikal)

Bu xəbəri paylaşın: