Qazilər və Veteranlar Şuşa-Xankəndi yolunda …

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvləri Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi QHT nümayəndələri,ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz
aksiyası qoşulublar.

Bu barədə Fedai.az sayıtına Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov danışıb.

Vahid Abdurəhmanov bildirib ki, Rusiya sülhməramlıları  Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla son qoymalıdır.

Vahid Abdurəhmanov Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməyənə kimi  etiraz aksiyasının davam etdiriləcəyinibildirdi. Aylarla  çadırlarda gecələcəksə də Azərbaycan ərazilərindəfaydalı qazıntı yataqlarının qanunsuz istismarına icazə verilməyəcəyini qeydetdi.

Sədr müavini sonda ,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri  mərhum Xaqani Ədəboğlunu rəhmətlə anaraq,fikrini Xaqani Ədəboğlunun sevdiyi kəlamla tamamladı.

İvan idi domoy!

 

 

Bu xəbəri paylaşın: