ÇAQQAL DÖNÜB QUDUZA

Gəmidə oturub gəmiçiyə «xox» gələn çaqqallar və onların havadarlarına

Çaqqal dönüb quduza,

Hürüyür «Ay- Ulduz»a ,

Varın qoyub qumara,

Kim uda , kim uduza…

Ulaq, boz və ağ ayı

Bölə bilmirlər payı.

Boz qurda göz ağardır,

O taydan molla «dayı».

Oturublar gəmidə ,

İtiriblər çəmi də.

Gəmiçiyə «xox» gəlir ,-

Tülküyə tay «əmi» də…

Xain çıxıb bülbülə ,

Göz dikib qızılgülə,

Birləşib bayquşla — sar,

Səsləri qalxıb zilə.

Çağırıb sağ -solunu ,

Uzadıb əl — qolunu,

Boz qurda tələ qurub ,

Bağlayıblar yolunu.

Səbri yenə daşacaq ,

Dağ -dərəni aşacaq ,

Boz qurd zəfər çalaraq,

Xankəndini alacaq !

Bayram Agridag

Bu xəbəri paylaşın: