ŞƏRƏFLİ ZABİT ÖMRÜ: ELCİN  QURBANOV- 59

Peşəkarlığı, humanistliyi,  təmkinliyi, dəqiqliyi,sadəliyi,səmimiyyəti,tovazaljarlığı vətənpərvərliyu,işgüzarlığı və  mənəvi keyfiyyəti ilə  seçilən ömrünün  ən məhsuldar dövrünün 38 ildən cox şərəfli xidmət  yolunu Hərbi  Xidmətdə  və  Daxili İşlər Orqanında  müvafiq vəzifələrdə keçirən ehtiyatda olan polkovnik leytenant    Qurbanov Elcin  Murad oğlunun  15 dekabrda 59 yaşı tamam olur. Bü gün münasibətilə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin rəhbərliyi, ehtiyatda olan  polkovnik — leytenat Elcin Qurbanovu doğum günü münasibətilə  səmimi qəlbdən təbrik edir,həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

     Arzu ediriki Elcinin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni ili isə ötən illərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin !

     Polkovnik  leytenat Qurbanov Elcin  Murad oğlu 15 dekabr 1963 cü ildə Bakı   şəhərində   zəhmətkeş  ailədə  anadan olub. O,1981-ci ildə Bakı şəhərində tam orta məktəbi, 1989  -cu ildə isə   SSRİ  Daxili İşlər Nazirliyin  Vülnus şəhərində  orta  rəis  heyəti  hazırlayan milis məktəbini bitirib. Elcin  Qurbanov   Din- in  Daxili Qoşunlarında və  Daxili İşlər Orqanında  xidməti etdiyi illər ərzində bir çox metodiki- təlim toplanışlarda, müvafiq kurslarda, xüsusi taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etmişdir.

     Polkovnik  leytenant  Qurbanov Elcin  Murad oğlu  1981-1983- cü illərdə SSRİ  Daxili  İşlər Nazirliyi  Daxili  Qoşunların Arxangelski  vilayətində   yerləşən hərbi hissələrdə müddətli həqiqi hərbi xidmətdə olub. 1985- 1990  -cu illərdə SSRİ DİN-in  Arxangelski vilayətində xüsusi komendaturada  və Bakı  şəhər  Qaradağ   milis  şöbəsində   əməliyatcı vəzifəsində olub.

      1991-2020 -ci ilərdə Daxili İşlər Nazirliyinin  İslah — Əmək Müəssə İdarəsinin Bayıl və  Şuvalan həbsxanalarında, Cəzaçəkmə  Müalicə müəssisəsində Əməliyyatcı, Əməilliyat-axtarış şöbə  rəisi,Baş İctimai Təhlükəsizlik İdarəsində   Əməliyyat müvəkkili,  Daxili Qoşunların Baş İdarəsinin Kəşfiyyat şöbəsində baş zabit,Baş Əməliyyat Statistika İdarəsində  Baş inspektor və  Axtarış ucotları üzrə  qurup rəisi,Polis Akademiyasında Komendant  xidmətinin  rəisi,Təhqiqatlar İdarəsində   isə  Katibliyin  rəisi vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

      Polkovnik — leytenat Elcin Qurbanov Daxili İşlər Orqanlarında xidmət etdiyi illər ərzində,  hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə aparmış və daima qələbə qazanmışdır. Bü insan üçün  ən meyar, başlıca qürurunu saxlamaqdan ibarət olub. O,harda xidmət etməsinə baxmayaraq öz xidməti vəzifəsini layiqincə yerinə yetirmiş, qanunun tələblərinin ədələtlə tətbiq edilməsində həmişə pirinspial mövqe tutmuşdur.

       Qurbanov Elcin  Murad oğlu, həmişə ləyaqətinin, şərəfinin, işgüzar fəaliyyətinin toxunmazlığnı gözləmiş, nüfuzunu qorumuş vüqarını daima yüksək saxlayaraq, alını açıq və başı uca gəzmişdir. Xalqa, elə obaya, dövlətə xidmət, özüdə etdiklərini  sinəsi el-oba qatqılı, vətən qüdrətli öz fəaliyyətini göstərmişdir.

    O, DİN-in Polis  İdarələrində (şöbələrində), Din-in Daxili  Qoşunlarında  və Polis Akademiya- sında   müvafiq vəzifələrdə xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi və polis andının tələblərinə  eləcədə  vəzifə borclarının icracına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti- döyüş tapşırıqları müvəffəqiyyətlə  yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə tabeliyində olan hərbi qulluqçuları və  polis əməkdaşlarını fədakar xidmətə ruhlandırmışdır.

     Polkovnik leytenant Elcin Qurbanov  Daxili Qoşunlarda və  Daxili İşlər Orqanlarında  xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər,əliaçıq  və  zəhmətkeş zabit kimi göstərmişdir.O, istər   anadan olduğu və yaşadığı ərazidə,  istərsə də, oxuduğu orta  və    milis   məktəbdə, istərsə də işlədiyi və xidmət etdiyi kollektivlərdə, dost -tanış, qohum  -əqraba arasında özünə layiq hörmət qazanmışdır.

     O, Daxili İşlər Orqanında  xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi və polis zabiti kımı göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

      Elçin Qurbanov Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə  yernə  yetirmişdir.

          Hərbi və Polis xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-  döyüs  keyfiyyətləri göstərdiyinə görə, döyüş ( peşə) və ictimai sıyası hazırlığında, nizam intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna görə və nümunəvi xidmətinə görə, polkovnik-leytenant Myirad oğlu  Elcin  Qurbanova SSRİ  və  Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Orta  Milis   Məktəb rəisinin,  Polis  İdarə  (Şöbə) rəislərinin müvafiq əmrləri ilə             bir sıra Medalarla,»ƏLA  XİDMƏTLƏRƏ  GÖRƏ «döş,yubiley,  idman  dərəcəsi nişanları ilə,  fəxri fərmanlarla ,      vqiymətli  hədiyyələrlə  mükafatlandırlıb və ona  təşəkkür elan  edlib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN

ELCİN MÜƏLLİM !

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai  Birliyi sədrinin hüqüqi məsələlər  üzrə müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: