“Elə müəllimlər var ki, sözün sadə və ya mürəkkəb olduğunu bilmir” — Təhsil eksperti

“Təəssüf ki, 40-a yaxın müəllim 0-9 arası bal toplayıb. Ümumillikdə isə 2368 nəfər 0-29 bal aralığı nəticə göstərib. Bu isə olduqca ürəkaçan mənzərə deyil və çox bərbad nəticədir”.

Fedai.az xəbər verir ki,bu fikirləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. Ekspert qeyd edib ki, bu kimi faktların olması müəllimlərin suallarla işləmə qabiliyyətinə əsaslanmır. 

“Əslində, onların öz ixtisasları üzrə biliklərinin zəif olmasına birbaşa dəlalət edir. Müəllimlərin biz yaş arealına baxsaq, istənilən yaş areallarında var. Bu da o deməkdir ki, onlar ixtisasları barədə müfəssəl biliyə sahib deyillər, yəni mükəmməl şəkildə öyrənməyiblər. Qarşılarına çıxan primitiv suallara belə cavab verə bilmirlər.  Elə suallar var ki, sözün sadə və ya mürəkkəb olduğunu bilmirlər. Buna baxmayaraq onlar ibtidai sinifdə dərs deyirlər. Yaxud da ki, riyazi məsələləri həll edə bilmirlər, amma ibtidai siniflərə dərs deyirlər. Təbii ki, bütün bunların olmaması üçün də məhz bu sertifikasiya keçirilir. Bu kimi müəllimlərə bir il də şans verilir. Təbii ki, onlar artıq növbəti şanslarını istifadə edə bilmədikləri halda tamamilə tədris prosesindən uzaqlaşdırılacaqlar. Amma, sırf tədrisdə olmayacaqlar. Bu da ona əsas verir ki, artıq övladlarımız daha savadlı müəllimlərinə əhatəsində olacaq”.

Bu xəbəri paylaşın: