Balakəndə şəhidin Anım tədbiri keçirilib

Baləkənli müharibə veteranları şəhid Qurban Əsəbəli oğlu Hacıyevin Anım mərasimində iştirak ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)  Balakən rayon şöbəsinin sədri Aydın Abdullayev məlumat verib.

Mərasimdə müharibə veteranları ilə yanaşı, şəhidin yaxınları iştirak ediblər.

Qurban Əsəbəli oğlu Hacıyev 1997-ci il aprel ayının 19-da Balakən rayonunun Mahamalar kəndində anadan olmuşdur. 2003-2014-cü illərdə N.Nərimanov adına Mahamalar kənd tam orta məktəbində təhsil almışdır.

Qurban Hacıyev 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətli hərbi xidmət etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Qurban Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı gedən döyüşlərdə könüllü olaraq iştirak etmişdir. Qurban Hacıyev Suqovuşan döyüşləri zamanı şəhid olmuşdur. Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır

. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurban Hacıyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Bu xəbəri paylaşın: