ŞƏRƏFLƏ YAŞANAN ZABİT ÖMRÜ — İlQAR MÜRVƏTOV – 59

Daxili İşlər Nazirliyi Daxili Qoşunların və Azərbaycan Ordusunun Hərbi Polis İdarəsinin
həyatında öz- dəst xətti olan , peşəkarlığı, humanistliyi, dərin zəkası, vətənpərvərliyi,
sadəliyi və səmimiyyəti , dəqiqliyi və təmkinliyi, insanpərvərliyi və təşkilatclıq bacarığı ilə
seçilən, ömrünün ən məhsuldar dövrünün 36 ildən cox şərəfli xidmət yolunu hərbı xidmətdə
kecirən Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan polkovnik İlqar Mürətovun
dekabr ayının 19 da 59 yaşı tamam olur.
Həyatın bütün cətinliklərindən alnıacıq və üzüağ cıxan Polkovnik Mürvətov İlqar Şaban
oğlunu doğum günü münasibətilə «Azərbaycan Vətən Müharibəsi Veteranları» İctimai
Birliyinin (AVMVİB) rəhbərliyi səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət
olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Hər
yeni yaş İlqar Mürvətova sevinc dolu illər bəxş etsin, hər yeni günü isə onu istəklərinə
qovuşduraraq daha da xoşbəxt etsin.
Polkovnik Mürvətov İlqar Şaban oğlu 1963 — сü illin dekabr ayının 19 -da, Bakı
şəhərində zəhmətkeş ailədə anadan olub. О, 1981 ci ildə, Bakı şəhər 236 nömrəli tam orta
məktəbi, 1984 – cü ildə Sovet Ordusunun Almaniyada yerləşən gizirlər məktəbini,
1989 cu ildə isə Müdafiə Nazirliyin Omuski şəhərində yerləşən Ali Hərbi Məktəbi
bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, Daxili Qoşunların Baş İdarəsində
və hərbi hissələrində kecirlən bir çox metodiki- təlim toplanışlarında, Komanda
qərargah məşqlərində , Xüsusi — taktiki təlimlərdə, Nümunəvi göstərici məşğələlərdə,
müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib
Polkovnik lqar Mürvətov 1982- 1984 cü —illərdə Sovet Ordusunun Almaniyada yerləşən
hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olub, O, Sovet Ordusunda 1984 –
1985 -ci illərdə gizir vəzifəsində, 1989 — 1991 — ci illərdə isə müxtəlif vəzifələrdə
zabit vəzifəsində olmuşdur.
İlqar Mürvətov, 1992 — 2014- cu illərdə Daxili İşlər Nazirliyi Daxili İşlər Nazirliyin Daxili
Qoşunların Nərimanov, Binəqədi Hacqabul rayonlarında, yerləşən Hərbı
hissələrində Xüsusu Təynatlı Dəstənin ilk komandiri, Hərbi hissə komandiri Daxili
Qoşunların Döyüş hazırlığı İdarəsinin Xəzər rayonunda yerləşən Zabit və gizirlərin
təhkimləşdirmə (hazırlığı) kursunun ilk rəisi, Daxili Qoşunları Baş İdarəsinin Əməliyat
və Döyüş Hazırlığı İdarəsində Qoşun Xidmətinin rəisi, Döyüş Hazırlığı Şöbə rəisinin
müavini vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
2014 -cü ildə Polkovnik İlqar Mürvətov DİN-in Daxili Qoşunlardan Silahlı Qüvvələrə
ehtiyyata buraxıldıqdan sonra o, 2014 – 2019 – cu illərdə Azərbaycan Ordusunun Hərbi
Polis İdarəsində Qoşun xdməti üzrə baş zabit, Qoşun Xidməti şöbəsinin rəis müavini,
Hərbi Polis İdarə rəisinin müavini vəzfələrində olub. O, Hal- hazırda Xarici şirkətlərin birində
işləyir
Polkovnik Mürvətov İlqar Şaban oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində hərbi
təcürbə mübadiləsi əldə etmək üçün Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin
Ankara , İstanbul və İzmir ( Foce) şəhərlərində yerləşən hərbi məktəblərində və hərbi
hissələrində işgüzar səfərdə olub.
Polkovnik İlqar Şaban oğlu Mürvətov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində
Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları
istiqamətində) gedən döyüşlərdə fəal iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqları
şərəf və məsuliyyət hissi ilə yerinə yetirib.
O, Daxili Qoşunlarda xidmət etdiy illər ərzində, öz tbeliyində olanlara Azərbaycan
Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili
Qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və
sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericilik ilə Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin
yerinə yetirilməsində, Şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş
vermiş kütləvi ixtşaşların arşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, birləşmiş
silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqəladə hallar zamanı
hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan
qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və
tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə SSRİ və
Azərbaycan Respublikası Müdafiə Nazirlərinin, Azərbaycan Respubilkası Daxili İşlər Nazırinin,
Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, Ali Hərbi məktəb rəisinin,
Müdafiə Nazirliyin Hərbi Polis rəisinin , hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə
«Əla xidmətlərə görə» döş və yubiley nisanları ilə təltif olunub, fərmanlarla, qiymətli
hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, əliacıq, zəhmətkeş, ən gözəl ailə
başçısı, qətiyyətli, qayğıkeş insan və nüfuzlu zabit kimi dəyərləndirirlər. O, təhsil aldıgı orta və
ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də qohum-
əqrəba, dost — tanış arsında özünə layiqli hörmət qazanıb.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında,
Respublikada əmin — amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında,
cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında
qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif
olunub:
-“ SSRİ Silahlı Qüvvələrin yaranmasının” yetimiş illiyi medalı ilə;
«Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley medalı ilə;
-«Silahlı Qüvvələrin yaranmasının» 90 illiyi ( 1918 — 2008 ) yubiley medalı ilə,
-“ Silahlı Qüvələrin yaranmasının” 95 illiyi ( 1918- 2013) yubiley medali ilə;

  • “ Silahlı Qüvvələrin yaranmasının” 100 iliyi ( 1918 – 2018) yubileyi medalı ilə.
    «Qüsursuz Xidmətə Görə «3-cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə,
    «Qüsursuz Xidmətə Görə «2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə,
    «Qüsursuz Xidmətə Görə «1 -ci dərəcəli medalı ilə -Silahlı Qüvvələrdə 20 təqvim il .
    DOĞUM GÜNÜN MÜBARƏK OLSUN İlLQAR!
    HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
    ALLAH HƏR ZAMAN QƏLBİNƏ GÖRƏ VERSİN!
    BÜTÜN ARZULARINA ÇATASAN, İNŞALLAH!
    Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin
    müavini — polkovnik Salman Musayev
Bu xəbəri paylaşın: