ŞƏRƏFLİ ZABİT ÖMRÜ: İLHAM  ABIYEV -53

       Daxili  İşlər Nazirliyi Daxili Qoşunlarda öz dəsti- xətti olan, dərin zəkası,yüksək peşəkarlığı, humanistliyi, səmiyyəti,dəqiqliyi,təmkinliyi, vətənpərvərliyi,  işgüzarlığı və mənəvi- keyfiyyəti ilə,  seçilən ömrünün  ən məhsuldar  dövrünün  35 ildən çox şərəfli xidmət yolunun üç ilini  Cəmşid Naxçıvanski adına hərbi liseydə, dörd ilini  Ali hərbi məktəbdə,  iyrimi səkkiz ilini isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında  keçirən Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan polkovnik leytenant Abıyev İlham Qurbanqulu oğlunuun  dekabr ayının 20  — də 53 yaşı tamam olur.

      Daimi həyatın bütün sınaqlarından  alını acıq və üzüağ  cıxan Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan polkovnik- leytenant Abıyev İlham Qurbanqulu oğlunu doğum günü münasibətilə, Azərbaycan  Vətən   Müharibəsi Veteranları  İctimai Birliyin (AVMVİB) rəhbərliyi səmimi qəlbdən təbrik edir,həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

     Arzu  ediriki, İlham  Abıyevin, yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni ili isə ötən ilərdən, daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin!

     Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan polkovnik- leytenant Abıyev İlham Qurbanqulu oğlu  20 dekabr 1969-cu ildə Salyan rayonunda  zəhmətkeş ailədə anadan olub.  1977-ci ildə  Salyan şəhər 4 (dörd) saylı orta məktəbə daxil olub və 1984 -cü ildə  yüksək bala Cəmşid Naxçıvanski adına liseyə daxil olub. 198?-ci ildə  Cəmşid Naxçıvanski adına hərbi liseyi, 1991 – ci ildə  Ukrayna Respublikasının Poltava şəhərində yerləşən  Poltava Ali Hərbi Rabitəçi  Komandirlər  məktəbinii,  2015- ci ildə isə   Silahlı Qüvvələr Akademiyasını bitirib.

     İlham Qurbanqulu oğlu Abıyev  1991 — 2020-ci illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Konvoy (Mühafizə) Alayinda, Ağdam, Füzuli, Binəqədi, Xətai  və Nərimanov rayonlarında yerləşən hərbi hissələrdə və Əlahiddə Dayaq Rabitə qovşağında Rabitə xidmət rəisi, Dayaq Rabitə Qovşağ rəisinin müavini, Dayaq Rabitə Qovşağının rəisi, Daxili Qoşunların Bas İdarəsinin Qərargahında isə Rabitə şöbəsinin baş zabiti , Xüsusi Rabitə xidmətinin rəisi vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

      İlham Abıyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

      Ehtiyyatda olan   polkovnik      leytenant İlham  Abıyev  Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə,  qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, Fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə   yerınə yetirmişdir.

     İlham  Abıyev, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümnə olmuşdur.

       Polkovnik  leytenant İlham Abıyev, Azərbaycanın  Respubilkası  Daxili İşlər Nazirliyi Daxili  Qoşunlarında xidmət etdiyi  illər ərzində,AzərbaycanRespublikası Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın,  Hərbi və Daxilii  Qoşunların dğyüş xidməti  nizamnamələrinin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə

ruhlandırmışdır.

        O, daimi, həmişə ləyaqətinin şərəfinin, işgüzar fəalıyyətının  toxunmazlığnı gözləmiş, nüfuzunu  qorumuş vüqarını daima yüksək saxlayaraq ,alını açıq və   başı uca gəzmişdir.  Xalqa, elə obaya dövlətə xidmət ,özdə  etdiklərini  sinəsi el-oba qatqılı, vətən qüdrətli öz fəaliyyətini göstərmişdir.

       Hərbi xidməti  vəzifələrin  icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə görə,döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, təhsil aldıgı orta və ali təhsil müəssisələrin rəhbərlərinin, hərbi hissə komandirlərinin  müvafiq əmrləri ilə  «Əla xidmətlərə görə» döş, yubiley və müvafiq idman dərəcələri nisanları ilə təltif olunub. O  təşəkkürnamələr ilə, fəxrı fərmanlarla,  qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

      Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi döyüş  əməliyyatlarında,  Azərbaycanın Respubilkasının ərazi bütövlüyünün təmin edilməsində, döyüş xidmətində və  döyüş növbəsində xüsusi fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezıdenti adından Daxili İşlər Nazirnin  müvafiq əmrləri »  Hərbi xidmətlərə görə — 3 dərəcəli, «Silahlı Qüvvələr Veteranı», «Qusursuz xidmətlərə görə 1-ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» 10-illiyi,90-illiyi və 95-iliyi yubiley  medalları ilə təltif edilib.

   Abıyev İlham Qurbanqulu oğlu  Azərbaycan Respublikasının Prezidentının  11 mart 2008-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə, gösdərdiyi şücaət və igidliyə,öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən  fəriqləndiyinə görə «HƏRBİ XİDMƏTLƏRƏ GÖRƏ» medalı ilə təltif olunub.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN İLHAM !

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

Azərbaycan Vətən müharibəsi Veteranları İctimai birliyi  sədrinin hüqüqi işlər üzrə  müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: