Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sumqayıt şəhər şöbəsi , Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi müharibə veteranı Rauf Sadıqovu «Böyük Zəfər Medalı» ilə təltif edib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi Zəkəriyya Rəhimov məlumat verib.
Həkim həmçinin Müharibə veteranlarına, şəhid ailələrinə və qazilərə hər zaman göstərdiyi həssas və qayğıkeş münasibətə görə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Fəxri fərmanı ilə təltif edilib.

«Böyük Zəfər Medalı»-nı və Fəxri fərmaı Rauf Sadıqova Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sumqayıt şəhər şöbəsinin sədri Temuraz Mansurov təqdim edib.
Təqdimetmə mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi Zəkəriyya Rəhimov , AVMVİB Sumqayıt şəhər təşkilat şöbə müdiri Fəxrəddin Behbudov və xəstəxananın aparıcı həkimləri iştirak edib.
Rauf Sadıqovu və tədbir iştirakçıları Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sədri Füzuli Rzaquliyevə göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.



