«Sən daim  qəlbimizdəsən, Xaqani Ədəboğlu!» -Mərdan Ələsgərov yazır

24 noyabr 2022 –ci il tarixində üzücü və ağır bir xəbər hamımızı sarsıtdı. Elmi qədər də yüksək dəyərlərə malik səmimi insan Xaqani Ədəboğlun  itirdik.

Xaqani Ədəboğlu bir Turan sevdalısıydı. Onun bu sahədə ciddi araşdırmaları və arzuları vardı. Ən böyük idealı türk xalqlarının yenidən bir araya gətirilməsi, mədəni əlaqələrin, iqtisadi və siyasi birliyin qurulması idi.

Qazi Xaqani Ədəboğlu şəhid ailələrinin, müharibə əlillərinin  və veteranların problemlerini , daim diqqətdə saxlayırdı və  yazılarında işıqlandırırdı .

İnsan dünyaya bir dəfə gəlir, yaxşı pis  yaşayır. Bəziləri Allahın  bəxş etdiyi ömür payını boşa verir, özündən sonra heç bir iz qoymur, xatırlanmır, anılmır. Elə insanlar var ki, həyatdan köçəndən sonra da qəlblərdə yaşayır , böyük  hörmətlə yad edilir. Xaqani Ədəboğlu öz sevgisiylə qəlbləri fəth etmiş insanlardandır. Türk oğlu Türk olan Xaqani bəyi tanıyanlar, dostları, yoldaşları böyük məhəbbət, dərin hörmətlə anırlar.  

Məkanın nura boyansın ,yerin cənnət olsun ey Türk oğlu Türk.

Bu xəbəri paylaşın: