ŞƏRƏFLİ VƏ MƏNALI   ZABİT ÖMRÜ: NATİQ XANKİŞİYEV- 74

Hər kəs həyatda ömür paynı yaşayır.Xoşbəxt o,insandır ki,adı, ünvanı el, işlədiyi kollektiv arasında hörmətlə çəkilir, bircə dəfə verilən ömrü elə yaşayır ki,el sevgisi qazanır,xalqın,işlədiyi (xidmət etdiyi)  kollektivin istəklisinə çevrilir,hamı böyüklü- kiçikli onun  xətir hörmətni saxlayır.Həmin insanların ömürlərindən çoxlarının ömürünə işiq düşür. Birdə ki,ömur o vaxt qiymətli    və dəyərli    olur ki, o mənalı yaşanır.    Həmin ömur insanlıqda xidmətə yönəldilir,bəşəriyyətə,ailəyə,cəmiyyətə xidmət edir.     

    Belə ömür yaşayan insanlardan biridə, SSRİ   Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında və  Arbaycan Milli Qvardiyasında öz dəsti-xətti olan, yüksək peşəkarlığı, humanistliyi, insanpərvərliyi, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti,   vətənpərvərliyi,  idarəçilik qabiliyyəti, təvazökarlığı,işgüzarlığı və mənəvi keyfiyyətilə  ilə seçilən,  ömrünün ən  məhsuldar dövrünün 28  ildən cox   şərəfli xidmət yolunu  DİN-in Daxili Qoşunlarında   və Azərbaycan Respubilikası Milli Qvardiyasında hərbi xidmətdə kecirmiş, Silahlı Qüvvələr Veteranı   istefada olan  baş leytnant Xankişiyev Natiq Qüdrət oğlunun dekabr  ayının  23 – də 74  yaşı tamam olur

     Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ cıxan  istefada olan  Baş leytenat Xankişiyev Nafiq Qüdrət oğlunun dekabr ayının 23-  də anadan olması  günü münasibətilə  «Azərbaycan Vətən Müharibəsi Veteranları » İctimai Birliyinin (Avmvib) rəhbərliyi səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.

     Arzu edirik, Natiq  Qüdrət oğlu Xankişiyevin  yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni ili isə ötən illərdən  daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

     Zəngin iş təcrübəsi və peşəkarlığı ilə öhtəsinə düsən vəzifələri və ona həvalə olunan çoxşaxəli işləri  həmişə ləyaqətlə yerinə yetirmiş  Xankişiyev Natiq   Qüdrət oğlu 1948-ci ilin  dekabr  ayının  23-də  Bakı şəhərində  ziyalı ailədə  anadan olub.

    Hər kəsi özündən incitməyən, xoş rəftarı və şirin dili ilə hər bir kəslə doğmalıq yaradan hörmətli  Silahlı Qüvvələr  veteranmız, istefada olan Baş leytenant Xankişiyev Natiq Qüdrət oğlu 1965-  ci ildə Bakı Şəhər Sabuncu rayon 169 nömrəli   orta məktəbi bitrib.1965 – 1967 ci illərdə Azərbaycan Dövlət Üniversitetində təhsil alıb.O, Din-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində bir çox metodiki — təlim toplanışlarında, müvafiq kurslarda,  xüsusi -taktiki  təlimlərdə, komanda -qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak edib.

       İşgüzar, çalışqan, işinə qətiyyətli,  mübariz keyfiyyətli, dostlara, yaxınlarına isti münasbətdə olan Silahlı Qüvvələr  Veteranı Natiq Xankişiyev 1967-1991-ci illərdə   SSRİ  Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının  Binəqədi rayonunda yerləşən Xüsusi motorlaşdırılmış Milis  ( əlahiddə taborunda və  alayında ) əsgər Əlahiddə taborun komsomol təşkilatının katibi, Klub rəisi, Alayın Nizami  hissə rəisinin şəxsi heyətin qeyydiyatı üzrə       baş köməkcisi,  1991-  1994  cü   illərdə     isə   Azərbaycan   Milli Qvardiyasının Kadırlar şöbəsinin ilk rəisi  vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib.

     Silahlı Qüvvələr Veteranı istefada olan Baş   leytenant   Natiq    Qüdrət oğlu Xankişiyev Azərbaycan Respubilkası  Milli   Qvardıyasından   Silahlı Qüvvələrə ehtiyata buraxıldıqdan    sonra     özəl  tibb müəssisələrində kadırlar bölməsinin rəisi vəzifəsində  işləyib.

    İctimai işlərdə fədakarlıq göstərən, qonşularına və həmkarlarına isti  münasibətdə olan Natiq Xankişiyev SSRİ  Din-in  Daxil Qoşunlarında və Azərbaycan Mili Qvardiyasında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi andın, “Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin”  dəqiq və sözsüz yerinə yetirilməsi işində DİN -in Daxili Qoşunların və Azərbaycan Milli Qvardiyanın bir cox   hərbi qulluqçularına   şəxsi  nümunə olmuşdur.

    Yorulmaz,xeyirxah İnsan, bu gün əsl vətəndaş mövqeyi ilə secilən Xankişiyev  Natiq Qüdrət   oğlu Daxili Qoşunlarda  və Milli Qvardiyada xidmət etdiyi illər ərzində,  özünü    qorxmaz , insanpərvər, əliaçıq, yüksək intellektual səviyyəli bir zabit kimi göstərmişdir.  O,istər orta təhsil  müəssisəsində təhsil aldığı, istərsə də xidmət etdiyi və işlədiyi mühitdə,  dost — tanış, qohum- əqrəba,qonşu, döyüşcu yoldaşları   arasında özünə layiq hörmət qazanmışdır

   O,Qanunvericilik ilə SSRİ DİN-in Daxili Qoşunlarına      və Azərbaycan Milli Qvardiyasına  həvalə       edilmiş vəzifələrin yerinə yetirilməsində, Azərbaycan Respublikasında ictimai  asayişin qorunmasında və təhlükəsizliyinin təmin edilməsində,   şəhərdə və yaşayış məntəqələrində  baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında,  fövqalədə vəziyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, baş vermiş təbii fəlakətlərin           və yanğın hadisələrin nəticələrinin aradan qaldırılmasında, cinaətkarlığa qarşı mübarizədə, Dövlətin ərazi bütövlüyün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtdəsindən   layiqincə gəlmişdir.

     Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri göstərdiyinə,  döyüş və ictimai siyasi hazırlığında,  hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə SSRI   Daxili İşlər Nazirinin və onun müavinlərini, Asərbaycan Ali Sovetinin rəyasət heyətinin sədrinin,  SSRİ  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Azərbaycan Milli Qvardiya Komandanın,  Xidmət etdiyi diviziya və hərbi hissənin  komandirlərinin  müvafiq əmrləri ilə  bir sıra Medalarla, “Əla Xidmətlərə Görə” döş və yubiley nişanları ilə təltif edilib,  fəxri fərmanla, qiymətli hədiyyələrlə,   mükafatlandırlıb, ona  təşəkkür elan olunub və  Natiq Xankişiyevin adı hərbi hərbi hissənin   Fəxri kitabna yazlıb.

 DOĞUM  GÜNÜZÜNÜZ    MÜBARƏK OLSUN  ,NATİQ BƏY!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (Avmvib) sədrinin hüquqi işlər üzrə müavini  polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: