AVMVİB professoru təltif etdi

Odlar Yurdu Universiteti «İqtisadiyyat və iqtisadi münasibətləri» kafedrasının müdiri, İqtisadiyyat, Menecment və Biznes İnstitutunun direktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, i.e.d., prof. Elşad Məmmədov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) «Böyük Zəfər» medalı ilə təltif olunub.

Medalı prof. Elşad Məmmədova Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev təqdim etmişdir. O vurğulamışdır ki, ziyalı və vətənpərvər bir şəxs kimi Elşad Məmmədov daim Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə və qazilərin problemlərinə daim diqqətlə yanaşmış, onlara qayğısını əsirgəməmişdir.

Professor Elşad Məmmədov çıxında AVMVİB tərfindən ona təqdim ediln bu medalın onun üçün dəyərli olduğunu və mənəvi əhəmiyyət kəsb etdiyini dilə gətirmiş, AVMVİB-in İdarə Heyətinin üzvlərinə və bütün veteranlarına öz təşəkkürünü bildirmişdir.

Təlitifolma mərasimində AVMVİB-in sədr müavini Vahid Abdurrəhmanov, AVMVİB-in hüquqi məsələlər üzrə sədr müavini Salman Musayev, Nəzarət-Təftiş Komitəsinin sədri Niyazi Quliyev və şairə-publisist, «Vedibasar» qəzetinin redaktoru, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədrinin İdeoloji məsələlər üzrə müşaviri Nəsibə İsrafilqızı iştirak etmişlər.

Bu xəbəri paylaşın: