Mingəçevir şəhər İcra Başçısı İlham İsmayılov Müharibə Veteranları təşkilatlarının sədrləri ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə görüş keçirmişdir. Tədbirdə AVMVİB-in sədr müavini, Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov iştirak etmişdir. İcra başçısı müharibə veteranları və şəhid aillərini Dünya Azərbaycanlılarının Həmrəyli günü münasibtilə təbrik edib, 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandanın başçılığı ilə göstərdiyimiz həmrəyliyin əhəmiyyətindən danışmışdır.
Natiq Həsənov AVMVİB veteranları adından İcra başçısına öz təşəkkürünü bildirmiş və müharibə veteranlarının daima dövlət və dövlətçiliyimizin, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yanında olduğunu qeyd etmişdir.
