Peşəkarlığı,humanistliyi, və səmimiyyəti ilə secilən, ömrünün ən məhsuldar dövrünün 26 ildən cox şərəfli xidmət yolunu DİN – in Daxili Qoşunlarında müxtəlif vəzifələrdə kecirən, Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan kapitan Əliyev Bəxtiyar Yusif oğlunun dekabr ayının 26 — da 49 yaşı tamam olur.
Daimi həyatın bütün snaqlarından alnıacıq və üzüağ cıxan , Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan kapitan Əliyev Bəxtiyar Yusif oğlunu dogum gunu munasbəti ilə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Arzu edirik, Bəxtiyar Əliyevin yaşının üstə gələn bu yaş, ona sevinc dolu illər bəxş etsin və hər yeni ili isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt kecsin.
Ehtiyada olan kapitan Əliyev Bəxtiyar Yusif oğlu 1973 -cü ilin, dekabr ayının 26 — da Ucar rayonin Qazyan kəndində zəhmətkeş ailədə dünyaya göz acıb.O, 1991 — ci ildə Ucar rayonun Qazyan kənd orta məktəbini, 2006 — cı ildə isə Azərbaycan Respublikasının DİN-in Daxili Qoşunların orta ixtisas hərbi məktəbini bitrib. Bəxtiyar Əliyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, DİN-in Daxili Qoşunların Bas İdarəsin də və hərbi hissələrində kecirlən bir çox – metodiki — təlim toplanışlarda, xüsusi -taktiki təlimlərdə, komanda — qərargah məşqlərində, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib .
Ehtiyatda olan kapitan Bəxtiyar Əliyev 1992- 1993-ci illərdə DİN-in Daxili Qoşunların Baş İdarəsinin Nərmanov və Ağdam rayonunlarında yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olub. 1993 — 2018 -ci illərdə isə Daxili Qoşunların Bas İdarəsinin Növbətci xidmətində Nəzarət – Buraxlış Məntəqə rəisi, Əməliyyat növbətçinin köməkçi, DİN-in Daxili Qoşunların Gəncə şəhərində, Nərmanov, Sabuncu və Xəzər rayonlarında yerləşən hərbi hissəıərində və Ali hərbi məktəbdə qarovul rəisi, taqım komandiri, bölük komandirinin tərbiyəvi işlər üzrə müavini, mühafizə bölüyün komandiri, xüsusi — təynatlı dəstə komandirinin tərbiyəvi işlər üzrə müavini, təlimatcı, xüsusi vastələrin tətbiqi dəstə komandirnin müavini vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edib. O, Hal — hazırda Gəncə şəhər Su Kanal Törəmə Səhimdar Cəmiyyətində sahə rəisi işləyir.

Yusif oğlu Bəxtiyar Əliyev, Azərbaycanın ərazi bütovlüyü uğrunda (Ağdam və Ağdərə rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edib və qəlpə yarası alıb.
Qanunvericilik ilə Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,Mühafizə olunan obyektlərin qorunmasında, yaşayış məntəqələrində (islah- əmək müəssisələrində) kütləvi ixtşaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, ictimai asayışın qorunmasında,fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin tam aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbi və döyuşcü yoldaşları Kapitan Bəxtiyar Yusif oğlu Əliyevi vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı Umumi təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi mühtdə, istərsə də, dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.

O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri, döyüş və ictimai — sıyası hazırlığında, hərbi ıntizamın möhkəm- ləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin, DİN-in Daxili Qoşunların növbətci xidmət rəisinin, hərbi hissə komandirnin müvafiq əmrləri ilə «əla xidmətlərə» görə döş, yubiley nişanları ilə təltif olunub, fəxri fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:
— » Hərbi Xidmətlərə Görə» medalı ilə;
— » Hərbi Xidmətdə Fərqlənməyə Görə » — 3 dərəcəli medal ilə;
-“Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə;
-«Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının» 90 illiyi ( 1918 — 2008 ) yubiley medalı ilə;
— » Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının» 95 illiyi ( 1918 — 2013 ) yubiley medalı ilə;
— » Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley medalı ilə;
— » Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının» 100 illiyi ( 1918 — 2018) medalı ilə;
-“Qusursuz xidmətə görə” 3 -cü dərəcəli medal — Silahlı Qüvvələrdə 10 təqvim il xidmətə görə;
— » Qüsursuz Xidmətə Görə » 2 – cü dərəcəli medal — Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
— «Qüsursuz Xidmətə Görə 1 -ci dərəcəli medalı —- Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;
DOĞUM GÜNÜN MÜBARƏK BƏXTİYAR!
BÜTÜN ARZULARIN CİN OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev.
