2022 – ci ilin dekabr ayının 27 – də Quba -Qusar batalyonun yaranmasından 30 il otür.Bu münasbətlə Quba rayon İcra Hakimiyətinin məsul işciləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin üzvləri,müharibə veteranları, şəhid ailələri və ictimayyət nümayəndələri, Quba şəhərində şəhidlər xiyabanı ziyarət edib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından kecmiş qəhraman vətən övladlarının məzarları üzərinə qərənfillər düzülüb.Şəhidlərmizin unudulmaz xatirəsi hörmət və ehtiramla yad edilib.
Daha sonra B.Səfəroğlu adına Quba Mədəniyyət mərkəzində Quba – Qusar batolyonun növbəti ildönümə həsr olunmuş təntənəli tədbir kecirlib.
Tədbirdə Quba rayon İcra Hakimiyətinin Başcısı Ziyəddin Əliyev,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin (AVMVB) sədrinin hüquqi məsələr üzrə müavini polkvnik Salman Musayev, Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının sədri Fidan Hüseynov, Vətən Müharibə iştirakcısı ehtiyatda olan polkovnik Lacın Mehrəliyev, Quba rayon hüquq — mühafizə orqanların rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Cağrış Üzrə Xidmətin Quba rayon şöbəsinin rəisi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyidə (AVMVB) idoloji şöbənin müdiri Rasim Suleymanov, Quba rayon İcra Hakimiyətində Vətən Müharibəsi İştirakcıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri Asəf Şirinov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Quba rayon şöbəsinin sədri istefada olan mayor İsmayıl Babayev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədri Ramiz Ağayev, Qusar rayon Mərkəzi Xəstəxanasında mülkü müdafiə qərargahnın rəisi Müharibə Veteranı istefada olan Mayor Yaşar Məmmədov, Quba rayon Ağsaqqalar şurasının sədri İldrım Məmmədov, Quba rayon Şəhid Aillərinə “Qayğı” Cəmiyyətinin sədri Zaur Gülməmədov və ictimayyət nümayəndələri iştirak edib.
Əvvəlcə salona Quba -Qusar batolyonun döyuş bayrağı gətirlib.Ulu öndər Heydər Əliyevin ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda,xidməti vəzifə borclarını yerinə yetirəkən qəhramanlıqa həlak olmuş hərbi qulluqçuların və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sukutla yad edlib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Quba rayon şöbəsinin sədri istefada olan Mayor İsmayıl Babayev Quba- Qusar batalyonun yaranması, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə batalyonun qarşısına qoyulmuş vəzifə və tapşırıqların yerinə yetirilməsi barədə geniş cıxış edib.
Sonra cıxış edənlər,Quba rayon İcra Hakimiyətinin Başcısi Ziyəddin Əliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev və Quba rayon Şəhid ailələrinə “Qayğı” cəmiytinin sədri Zaur Gülməmmədov Quba-Qusar batalyonun yaranmasının 30 -cı ildönümü münasbətilə təbriklərini,ən xoş arzularını tədbir iştirakcılarına catdırdılar. Onlar öz cıxışlarında, İlham Əliyevin ordu quruculuğu prosssinə böyük önəm verməsindən, Ölkə başcımızın müharibə veteranları və şəhid ailələri barəsində verdiyi sərancamların, göstərişlərin icrası ilə bağlı görlən işlər,Ölkəmizin bütün şəhər və rayonlarında , xüsusəndə işğal altndan azad olmuş ərazilərmizdə aparlan quruculuq və abadlıq işlərindən danışaraq , Qüba-Qusar batolyonun yaranma-sının 30 ildönümü və qarşıdan gələn Dünya Azərbaycanlarının Həmrəliyi və Yeni il bayram günü münasibətilə səmimi təbriklərini,ən xoş arzularını tədbir iştirakcılarına çatdırdılar.
Tədbirin sonunda, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədirinin hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev tərəfindən,Quba rayonunda şəhid ailələrinə, müharibə iştirakcılarına göstərdiyi diqqət və qayğıya görə ,Quba rayon İcra Hakimiyyəti başcı cənab Ziyəddin Əliyevə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin təsis ediyi “ Böyük” Zəfər xatirə medalını təqdim etdi.
Azərbaycan Vətən Müharibəsi İctimai Birliyin Mətubat xidməti .







