ŞƏRƏFLİ ZABİT ÖMRÜ: OKTAY KƏRİMOV — 57

Daxili Qoşunlarda öz dəstixətti olan,  yüksək peşəkarlığı və humanistliyi,  vətənpərvərliyi,nəzə-ri  və praktiki biliyi ılə (təcürbəsi ılə),işgüzarlığı və mənəvi keyfiyyəti ilə, dəqiqliyi və təmkinliyi ilə, sadəliyi və səmimiyyəti ilə seçilən  ömrünün    ən məhsldar dövrünün 38 ildən cox şərəfli və mənalı xidmət yolunun  iki ilini Çəmşid Naxçıvanski adına hərbi liseydə, səkkiz  ilini Ali hərbi məktəbdə və Sovet ordusunun Almaniyada yerləşən hərbi hissəində, iyrimi səkkiz ilini isə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında keçirən Azərbaycan Vətən Mübaribəsi Veteranları İctimai Birliyin (AVMVİB) üzvü polkovnik leytenant  Oktay Kərimovun dekabr ayının 28 də 57 yaşı tamam olur.

     Daimi həyatın bütün snaqlarından alını acıq və üzüağ cıxan Silahlı Qüvvələr və Müharibə Veteranı  ehtiyatda olan polkovnik-leytenant  Oktay Nəbi oğlu  Kərimovu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteran-ları İctimai Birliyin rəhbərliyi səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarında bitib — tükənməyən naliyətlər arzulayır.

    Arzu edirik,Oktay Kərimovun    yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni ili isə ötən illərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

    Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan polkovnik-leytenant  Kərimov Oktay Nəbi oğlu  28 dekabr 1965 -ci ildə Zaqatala şəhərində ziyalı ailəsində anadan olub .

     O, 1981-ci ildə Zaqatala şəhərində 8-ci sinifi,  1983-cü ildə Çəmşid Naxçıvanski adına hərbi liseyi, 1987-ci ildə isə  Yaroslavl Alı hərbi maliyyə məktəbini bitirib. Oktay Kərimov Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, DİN-in Daxili Qoşunların Baş İdarəsində, Aıi hərbi məktəbində və hərbi hissələrində kecirlən bir çox  xüsusi – taktiqi təlimlərdə metodiki- təlim toplanışlarında,  seminar və konfranslarda fəal iştirak etmişdir.

    O,Yaroslavl ali hərbi məktəbi bitirdikdən sonra 1987 -1991 — ci illərdə SSRİ Müdafiə Nazirliyinin Almaniyada yerləşən hərbi hissəsində maliyyə xidmətinin rəisi, 1992 — 2020-ci illərdə isə Daxili Qoşunların Baş İdarəsinin Zaqatala, Hacıqabul, Nərimanov və Xəzər rayonlarında yerləşən hərbi hissələrində, hərbi hospitalda və ali hərbi məktəbdə maliyyə xidmət rəisi vəzifələrində  Vətənə  Dövlətə və Xalqa sədaqətlə xidmət edib.

      Oktay Nəbi oğlu Kərimov Orta məktəbdə, Çəmşid Naxçıvanski Adına Hərbi liseydə  və Alı Hərbi Məktəbdə  oxuduğu illər ərzində  şagirdlər və müdavimlər (kursantlar) arasında ən qabaqcıl olmuş, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində isə ən qabaqcıl zabitlərindən biri olmuşdur. O, Xidməti vəzifələrini, Kamandirlərin verdiyi tapşırıqları  canla-başla məsuliyyət və şərəf hissi ilə yerinə yetirmiş, daim komandirlərin  isə dərin hörmətini  qazanmışdır.

     O, DİN-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə,  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

      Silahlı Qüvvələr və Müharibə Veteranı  ehtiyatda olan polkovnik- leytenant  Kərimov Oktay Nəbi oğlu  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, savadlı, nizam və intizamlı, zəhmətkeş zabit kimi göstərmişdir. O,  anadan olduğu və yaşadığı ərazidə,təhsil aldığı orta və ali təhsil müəsələrində, istərsədə  işlədiyi və xidmət etdiyi kollektiv, dost-tanış, qohum- əqraba arasında özünə layiq hörmət qazanmışdır.

    Oktaty Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın,  hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcədə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi   ilə  bir    cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə

 ruhlandırmışdır.

     O,Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, Fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə   yerınə yetirmişdir.

    Polkovnik leytenant Oktay Kərimov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə aparmış və daimi qələbə qazanmışdır. Bu insan üçün ən meyar başlıca qürurunu saxlamaqdan ibarət olub.O, harda xidmət etməsinə baxmayaraq ,öz xidməti  vəzifəsini layiqincə yerinə yetirmiş ,qanunun  tələblərinin ədalətlə tətbiq edilməsində həmişə pirinspial mövqe tutmuşdur.

      Daxılı Qoşunların Baş idarəsi tərəfindən hərbi hisslərdə və Ali hərbi məktəbdə keçirilən inispeksiya, təftiş, yekun,təlim  və qəfləti yoxlamalar zamanı       Polkovnik- leytenant  Kərimov Oktay Nəbi oğlu, ilin yekunlarına görə  həmişə komandir hazırlığından » əla «qiymətlər almış, rəhbərlik etdiyi malliyə xidməti isə Daxili Qoşunların Baş idarəsinin  hərbi hissələri arasında ən yüksək nəticələr göstərmişdir.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək  mənəvi-döyüş  keyfiyyətləri göstərdiyinə  görə ,döyüş və ictimai siyası hazırlığında ,hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə «Əla xidmətlərə görə» döş, yubiley,  müvafiq idman dərəcəsi nişanları ilə təltif olunub, fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb , tutduğu vəzifədən bir pillə yuxarı «polkovnik- leytenant» hərbi rütbəsi verilib  və ona  təşəkkür elan  edilib.

      Döyüş hazırlığındakı  əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda,döyüş xidmətində ,döyüş növbəsində, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda(  Ağdərə və Ağdam rayonunları istiqamətində) gedən  döyüşlərdə  xüsusi fəriqləndiyinə görə SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından, «Silahlı Qüvvələr Veteranı», » Qüsursuz xidmətlərə görə» 1-ci ,2-ci  və 3-cü dərəcəli, «Silahll Quvvələrin yaranmasinin 70-illiyi, 10-illiyi,90- illiyi  və 95-illyi yubiley medaları ilə təltif olunub.

     Azərbaycan Respublikasının Prezidentinin  11 mart 2020-ci il tarixli sərəncamına əsasən Xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə «HƏRBİ XİDMƏTLƏRƏ GÖRƏ» medalı ilə təltif edilib.

  GÜNƏŞ QƏDƏR İSTİ…QAR DƏNƏSİ QƏDƏR SAF VƏ TƏMİZ BİR DİLƏYİLƏ…

OKTAY AD GÜNÜN MÜBARƏK OLSUN…

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi məsələr üzrə müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: