Ermənilər indi də Kəlbəcərə «tarix» düzəldirlər

Erməni işğalı altında olan KƏLBƏCƏR rayonu haqqında ermənilərin paylaşdığı ürək ağrıdan VİDEONU əslən KƏLBƏCƏRDƏN olan TƏLƏBƏM Elvin ƏHMƏDOV tərcünə edərək yenidən paylaşmışdır (Alt yazı ilə).


Ermənilər bütün işğal olunmuş ərazilərimizi qarış-qarış gəzərək, bu ərazılərın qədim erməni torpaqları kimi təbliğ edirlər. Məhz bu yalan və iftiraları ifşa etmək üçün tələbələrimizin araşdırmalarına çox böyük ehtiyacımız var.


Sağ ol Elvin, uğurlarının davamı gəlsin! Tələbələrim arasında hələ ki, saxta erməni tarixini daha çox ARAŞDIRAN və XALQIMIZA çatdiranlardan biri də sənsən.

İNŞALLAH erməni saxtakarlıqları barədə daha ətraflı ARAŞDIRMA və TƏRCÜMƏLƏR üçün o biri tələbələrin də uğurlu addımlarının şahidi olarıq. Mən bu şərəfli və məsuliyyətli işdə bütün tələbələrimə uğurlar arzulayıram.

İşğal altındakı Kəlbəcər rayonunda olan erməni jurnalist, burada qondarma rejimin təyin etdiyi sözdə icra başçısı və digər şəxslərlə həmsöhbət olur. Eyni zamanda rayon ərazisində görülən işlərdən, xüsusilə də, yeni tikilməkdə olan «İstisu» SES-dən söhbət açır. Eyni zamanda Kəlbəcərin su ehtiyatlarının ermənilər üçün nə dərəcədə vacib olduğunu vurğulayır.


İSMAYİL TANRIVERDİ

Bu xəbəri paylaşın: