Müdafiə Nazirliyindən cəbhə xəttində gərginliklə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi — RƏSMİ

“Sosial şəbəkələrdə cəbhənin Tərtər və Goranboy istiqamətlərində guya vəziyyətin gərginləşməsi ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur, uydurma və həqiqətə uyğun olmayan məlumatdır”.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunur ki, hazırda cəbhə bölgəsində vəziyyət sabitdir. Bu kimi xəbərlər düşmən qüvvələrin təxribat məqsədilə yaydığı dezinformasiyadır.

AVMVİB Mətbuat Xidməti bildirir ki, ölkənin müdafiəsi ilə bağlı yanlış məlumat və dezinormasiya yayanlar ciddi surətdə cəzalandırılmalıdır. Bu şəxslər ən azı düşmən sifarişi yerinə yetirdiklərinin fərqində olmalıdırlar.

Bu xəbəri paylaşın: