Azərbaycanda məşhur general-leytenant pensiyaya göndərildi: Özündən AÇIQLAMA — FOTO

Fedai.az xəbər verir ki, bu barədə manset.az-a açıqlamasında generalın özü məlumat verib.

«Mən hazırda pensiyadayam, Kəmaləddin Heydərov məni pensiyaya göndərib. Fövqəladə Hallar Nazirliyindən uzaqlaşmışam. 7 ildir işləyirdim, indi istirahət edirəm. İstirahət edəcəm, sonra baxım görüm nə edirəm».

Qeyd edək ki, Şahmar Paşayev ölkədə nüfuzlu generallardandır. O uzun illər polis orqanlarında çalışıb. Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, Şamaxı, Yasamal, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində işləyib.

Bu xəbəri paylaşın: