Daşaltı kəndi uğurunda şəhid olanlar yad edildi 

Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi məqsədilə keçirilən əməliyyatdan  31 il ötür.

Hər il olduğu kimi bu il də müharibə veteranları Daşaltı kəndi uğurunda şəhid olanlar ı Şəhidlər Xiyabanında şəhid məzarlarını ziyarət etməklə andılar.

Bu münasibətlə Azərbaycan Vətən Müharibəsi Veteranıarı İctmai Birliyin  sədri Füzuli Rzaquliyev,Dağlıq Qarbağ İcması İctimai Birliyin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı  Bayram Səfərov, Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə , AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, Şəhid ailələrinə Qayğı cəmiyyətinin sədri Müşfiq Əliyev Azərbaycan Vətən Müharibəsi  Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin  müavinləri Vahid Abdurəhmanov, polkovnik Salman Musayev, AVMVİB -in Nəzarət Təftiş Kommisiyasının sədri Niyazi Quliyev, AVMVİB-in Bakı ətrafı  şəhər və rayon şöbə sədirləri və üzvləri , müharibə veteranları, ictimayət nümayəndələri , Daşaltı kəndinin azad edilməsi uğrunda döyüşlər zamanı şəhid olanların yaxınları ,Şəhidlər xiyabanını ziyarət ediblər.

Əbədi məşəl önünə əklillər qoyan mərasim iştirakçıları daha sonra, Daşaltı əməliyyatı zamanı həlak olan şəhidlərin məzarları üzərinə qərənfillər düzüblər.

Xatırladaq ki, Daşaltı əməliyyatı 1992-ci il 25 yanvarda axşam saat 20:00 radələrində başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik edib.



Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib.

Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib.

 Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib. Bundan başqa, onlarla əsgər itkin düşüb. Döyüşdə ermənilər də bir neçə texnika və 80 nəfərə yaxın canlı qüvvə itirib.

Daşaltı əməliyyatının gedişatında qələbə müharibənin gedişatını dəyişdirə bilərdi. Amma əməliyyatın uğursuzluğundan sonra, Azərbaycan qoşunları uzun müddət faktiki olaraq hücum əməliyyatlarını həyata keçirmədilər. Bununla da, erməni qoşunları müharibədə təşəbbüsü ələ aldı. Daşaltıda məğlubiyyət, həmçinin Azərbaycan qoşunlarının və əhalinin döyüş ruhuna da ciddi təsir etdi. Lakin Daşaltıdakı döyüş Azərbaycan əsgərlərinin bir çox qəhrəmanlıq və cəsarət nümunəsi kimi yadda qalıb.

Daşaltı əməliyyatının ildönümü artıq ücüncü ildir ki,qələbə əhval- ruhiyyəsi ilə qeyd edilir.Qalib ordumuz yeni tarix yazıb. 44 günluk Vətən Müharibəsində unikal Şuşa  əməliyyatı ilə Daşaltı kənd işğaldan azad edildi və şəhidlərmizin qanı yerdə qalmadı.    

Allah bütün şəhidlərmizə rəhmət etsin.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin mətbuat xidməti

Bu xəbəri paylaşın: