Beyləqanda Vətən Müharibəsi Şəhidi Nurlan  Abdullayev anılıb

Yanvarın 26 -da Beyləqan Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Nurlan  Abdullayevin anım mərasimi keçirilib. 

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin üzvləri olan müharibə veteranları Beyləqan rayonuda şəhid Abdullayev Nurlan İnqilab oğlunun Anım mərasimində iştirak ediblər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov AVMVİB sədri Füzuli Rzaquliyevin adından şəhid ailəsinə başsağlığı verdi. Çıxış edənlər şəhidlərimizin heç zaman unudulmayacağını və müharibə veteranlarının yorulmadan bu istiqamətdə iş apardıqlarını qeyd ediblər. Bildirdilər ki, şəhidlik ən ali, müqəddəs və şərəfli zirvədir. 

Abdullayev Nurlan İnqilab oğlu 1992-ci il 26 yanvarda Beyləqan rayonunda anadan olub. 1999-cu ildə Beyləqan rayonu N.Allahverdiyev adına 1 nömrəli məktəbində 1ci sinifə gedib. 2010-ci il də həmin məktəbi bitirib.

Nurlan 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında Tərtər rayonu istiqamətində ön cəbhəyə müddətli həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidməti bitirdikdən sonra, 2014-cü ildə könüllü olaraq Beyləqan rayonunda MAXE hərbi qulluqçu kimi ordu sıralarına qoşulub. 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə iştirak edib.

Nurlan Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu istiqamətindəki gedən döyüşlərdə iştirak edib. O, sentyabrın 30-da Füzuli və Cəbrayıl rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Beyləqan rayonu, Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Nurlan Abdullayev ölümündən sonra «Vətən uğrunda» və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov

Bu xəbəri paylaşın: