«QANLI NEFTÇALA GÜNÜ

Seyyid Mübariz Ağa
AVMVİB Neftçala rayon şöbə sədrinin təşkilatı məsələlər üzrə müavini

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.

Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala rayonunda döyüş zamanı 10 nəfər yaralandı.

 Ramiz Cəfər oğlu Hüseynov, Novruz Allahverdi oğlu Dadaşov, Ələkbər Məmmədəli oğlu Talıbov, Bəxtiyar Ağahüseyn oğlu Ağayev, Məhəmməd Təzəxan oğlu Fərziyev, Fərman Kamran oğlu Hüseynov, Oktay Əbilhəsən oğlu Orucov, Əliheydər Xanəhəd oğlu Məmmədov, Abdulla Xanalı oğlu Ağayev, İmamverdi Ağaməhəmməd oğlu Zeynalov.

Neftçalanın yanvar şəhidləri.

1. Şəmsəddin Əbilhəsən oğlu Orucov- 1950-ci avqustun 2-də Sabirabad rayonun Cavad kəndində anadan olmuş, orta məktəbə Əlibayramlı rayonunun Qazıməmməd kəndində getmişdir. 1961-ci ildə ailəsi ilə birlikdə Neftçalaya köçmüş, təhsilini şəhər yeddiillik internat məktəbində davam etdirmişdir. 1968-ci ildə Çingiz İldırım adına APİ-na daxil olmuş, 1973-ci ildə oranı bitirərək mühəndis-texnoloq ixtisasına yiyələnmişdir. Bir müddət Sumqayıtın, daha sonra Bakının trikotaj fabrikində mühəndis vəzifələrində çalışmışdır. Son iş yeri Bakı İdman Malları Fabriki olmuşdur. Ailəli olmuş, oğlu Cavad və qızı Kəmalə yadigar qalmışdır.

2.  Əbülfəz Böyükağa oğlu Cəfərov –  14 dekabr 1966, Bankə, Neftçala rayonu, Azərbaycan SSR, SSRİ – 25 yanvar 1990, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi 

Neftçala rayonu Bankə qəsəbəsində anadan olmuş və orta məktəbi orda bitirmişdir. O, Bankə qəsəbəsində balıq ovlayan gəmilərin birində işləyirdi. 1990-ci il yanvarın 25-də rayon mərkəzinə gedir və … «öldür», «dağıt» əmri alan hərbiçilərlə qarşılaşır. Əbülfəz onların AXC-nin Neftçala rayon şöbəsinin üzvlərinə rastlarına çıxan hər bir adama necə divan tutduqlarının şahidi olur. Ələ keçənləri qəsəbənin hamamına yığıb tankların, VTR-lərin gurultusu altında işgəncə vermişlər ki, çıxırtılarını, iniltilərini eşidən olmasın. Bu mənzərəni görən Əbülfəz özünü saxlaya bilmir, əliyalın hərbiçilərin üzərinə atılır. Onu əvvəlcə ayağından, sonra isə döş qəfəsindən güllə ilə yaralıyırlar. Barmağından üzüyünü çıxarıb, qol saatını açıb götürürlər. Aldıqları əmrə əsasən tutulan günahsız müqəssirləri Bakıya gətirməli imişlər. Yaralarından qan daman Əbülfəz də onların arasında olur. Təyyarə Xəzər dənizinin üzərində ikən iki il iki ay nişanlı qalan, toy hazırlığında olan 25 yaşlı Əbülfəz canından çox sevdiyi Vətən göylərinə əbədilik «əlvida» deyir

3. Nürəddin Aslan oğlu Ağahüseynov – 15 dekabr 1951, Həsənabad, Neftçala rayonu, Azərbaycan SSR, SSRİ – 25 yanvar 1990, Neftçala, Neftçala rayonu, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. Xatırladaq ki, 1992-ci il, Qara yanvarın ikinci ilində Azərbaycan Respublikasının “Azadlıq uğrunda mübariz” 

Fəxri adının müəyyən edilməsi haqqında Azərbaycan respublikası qanunu təsdiq edilib.

1990-cı ilin yanvar hadisələri zamanı Bakı şəhərinə və respublikanın bir sıra rayonlarına keçmiş SSRİ Silahlı Qüvvələrinin təcavüzkar basqını zamanı yüksək vətəndaşlıq, mərdlik və hünər nümunələri göstərərək Azərbaycanın istiqlaliyyəti uğrunda yaralanmış bir qrup şəxsə Azərbaycan Respublikasının “Azadlıq uğrunda mübariz” fəxri adı verilib.

Neftçala rayonu üzrə aşağıdakılar bu ada layiq görülüblər:

1. Ağahüseynov Nürəddin Aslan oğlu (ölümündən sonra)

2. Cəfərov Əbülfəz Böyükağa oğlu (ölümündən sonra)

3. Orucov Şəmsəddin Əbilhəsən oğlu (ölümündən sonra)

4. Ağayev Bəxtiyar Ağahüseyn oğlu

5. Talıbov Ələkbər Məmmədəli oğlu

6. Dadaşov Novruz Allahverdi oğlu

7. Məmmədov Əliheydər Xanəhəd oğlu

8. Nəcəfov Nizami Əbil oğlu

9. Hüseynov Natiq Mirzağa oğlu

10. Hüseynov Fərman Kamran oğlu

11. Hüseynov Ramiz Cəfər oğlu

12. Fərziyev Məhəmməd Təzəxan oğlu

Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımız həm də mübarizliyini, yenilməzliyini, qəhrəmanlığını, Vətənə sədaqətini, uzun illərdən bəri arzusunda olduğu müstəqilliyə qovuşmaq və suverenlik əldə etmək istəyini nümayiş etdirib. Məhz bunun nəticəsində, xalqımız milli azadlığına qovuşub və ölkəmiz şəhidlərin qanı bahasına qazanılan müstəqilliyini əldə edib, dünya birliyində özünün layiqli yerini tutmağa nail olub.

Allah bütün Şəhidlərmizin ruhlarını Şad eyləsin Amin !!!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftca şıbəsi adından «Başın sağolsun, Vətən» deyib Şəhid ailələrinə səbir diləyirik.

Bu xəbəri paylaşın: