Müharibə veteranlar alpaqutlarla görüş  keçirib

29 Yanvar 2023-cü il tarixində «Dünya Alpaqut Federasiyası Azərbaycan nümayəndəliyi» — nin ideoloji işlər üzrə vitse prezidenti  və eyni zamanda «A.V.M.V.i.B.» -nin fəxri üzvü, bəstəkar  Fərahim Sadiqin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ehtiyatda olan palkovnik leytenantı,  «Azərbaycan Vətən Müharibəsi Veteranları ictimai Birliyi» -nin Zəngilan şöbəsinin üzvü I Qarabağ müharibəsinin,  2016-cı il aprel döyüşləri və 44 günlük II Vətən Müharibəsi iştirakçısı,  Qazi Daşqın Abbasovun  Sabunçu Alpaqut-ları ilə görüşü keçirilib, Qazi: Daşqın Abbasov Sabunçu Filialının uşaq və yeniyetmələrdən ibarət olan alpaqutlara  özünün keçdiyi döyüş yollarından bəhs edərək idmanın, Alpaqut Döyüş Sənətinin, onların gələcək həyatlarında, sağlam böyümələri üçün və vətənin — dövlətin keşiyində hər zaman ayıq-sayıq, mətin dayanmaları üçün  necə önəmli bir sahə olduğunu vurğulayıb.

Görüşdə «A.V.M.V.i.B» — nin Zəngilan şöbəsinin sədri Azad Musayev gələcək nəsillərimiz olacaq balaca fidanlarımızın cəmiyyətə və dövlətimizə yararlı vətəndaş kimin yetişdirilməsində Alpaqut ailəsinə təşəkkürlərini bildirərək «Dünya Alpaqut Federasiyası Azərbaycan Nümayəndəliyi» Bakı Regional Nümayəndəliyinin sədri YARĞAN: Şahlar Vəliyevi fəxri fərman ilə təltif edib.  Eyni zamanda «Dünya Alpaqut Federasiyası Azərbaycan Nümayəndəliyi»nin regionların inkişafı üzrə vitse prezidenti  KÜRŞAD: Rafiq Qasımov görüşün qonağı olan dəyərli qazimiz Daşqın Abbadova Fəxri Fərman təltif edərək ona,  gənc alpaqutlara verdiyi dəyərli məsləhət və tövhələrinə görə təşəkkürlərini bildirib. Sonda xatirə şəkilləri çəkilib.

 

Bu xəbəri paylaşın: