Ümummilli Liderin 100 illiyinə həsr edilmiş güllə atıcılığı üzrə yarış keçiriləcək

Azərbaycan Respublikaslnın Prezidenti,Ali Baş Komandan Cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü il «Heydər Əliyev ili» elan edilmişdir. AVMVİB-nin Tədbirlər Planına əsasən  Ulu Öndər Heydər Əliyevin 100 illik Yubileyinə həsr edilmiş Ümumrespublika güllə atıcılığı yarışının keçirilməsi nəzərdə tutulub. Yarış aprel ayında Bakı şəhərində keçiriləcəkdir.

   Yarışda AVMVİB-nin bütün şəhər və rayon şöbələrinin veteranlarından ibarət komandanın iştirakı nəzərdə tutulub. Hər komanda 5 nəfərdən ibarət olmalıdır.

Güllə atıcılığı yarışı TOZ-8 kalibrli tüfəngdən 5 güllə, 25 metrlik məsafədəki mişenə atəş açmaqla həyata keçiriləcəkdir.

Yarışda şəxsi və komanda birinciliyi müəyyən olunacaqdır.

AVMVİB şəhər və rayon şöbələrinin sədrlərindən tələb olunur ki, yarışda iştirak edən komandaların və şəxslərin siyahısını 2023-cü ilin mart ayının 10-dək AVMVİB-nə təqdim etsinlər.


  Yarışın təşkilinə cavabdeh şəxs AVMVİB sədrinin Səlahiyyətli Nümayəndəsi, AVMVİB Nəsimi rayon şöbəsinin sədri polkovnik Elmar Hüseynov  təyin edilib.

      16 yanvar 2023-cü il tarixli 01 saylı Sərəncam

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin

sədri Füzuli Rzaquliyev

Bu xəbəri paylaşın: