04.02.2023 — cü il tarixində doğum günü olan ŞƏHİDLƏRİMİZ
- Şəhid Səid Zəfər oğlu Cəfərov (4 fevral 1993; Xol Qarabucaq, Neftçala rayonu, Azərbaycan — 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, Vətən müharibəsi şəhidi.

- Vətən Müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlardan da biri Sumqayıt şəhər sakini Qubat Hüsür oğlu Əliyevdir. Qubat Əliyev 1994-cü il fevralın 4-də Sumqayıt şəhərində anadan olub. 2001-2010-cu illərdə Sumqayıt şəhər 8 nömrəli orta məktəbdə oxuyub, daha sonra 1 nömrəli Peşə Liseyində təhsilini davam etdirib.

- Ramin Muxtar oğlu Əliyev (4 fevral 1977; Astara rayonu, Azərbaycan SSR — 28 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsi şəhidi.

- Ramazan Əbülfət oğlu Göydağlı (4 fevral 1997; Kırna, Culfa rayonu, Azərbaycan — 28 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.

- Toğrul Siyavşah oğlu Hacıyev (4 fevral 1991, Çayarxı, Göyçay rayonu – 25 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.

- Cavid Faiq oğlu Manafov (4 fevral 1999, Nizami rayonu – 7 noyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.

- Şamil Rəfi oğlu Nəcəfov (4 fevral 1997; Sumqayıt, Azərbaycan — 1 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 88 min müharibə veteranı adından «Başın sağolsun, Vətən» deyib Şəhid ailələrinə səbir diləyirik.
Hazırladı :AVMVİB Neftçala rayon şöbə sədrinin təşkilatı məsələlər üzrə müavini Mübariz Hüseynov
