Şəhid Səid Cəfərovun doğum günüdür

Səid Cəfərov 1993-cü il fevralın 4-də Neftçala rayonunun Xol Qarabucaq kəndində anadan olub. 1999-2010-cu illərdə İ. Səfərov adına Mürsəqulu kənd tam orta məktəbində təhsil alıb

Səid Cəfərov 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2013-2014-cü illərdə Daxili Qoşunların Gəncə şəhərində yerləşən «N» saylı hərbi hissəsində, 2014-2017-ci illərdə Qazax rayonunda yerləşən «N» saylı hərbi hissəsində, 2017-ci ildən isə Bakı şəhərində yerləşən «N» saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Səid Cəfərov ölümündən sonra «Vətən uğrunda» medalı,  «Kəlbəcərin azad olunmasına görə» medalı, «İgidliyə görə» medalı,  «Cəbrayılın azad olunmasına görə» medalı ,  «Xocavəndin azad olunmasına görə» medalı«Şuşanın azad olunmasına görə» medalı  ilə təltif edildi.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Neftçala rayon Xol Qarabucaq kəndinin özəy sədri Mənəfov Səxavət Tahir oğlu və AVMVİB Xol Qarabucaq uzvuləri, Neftcala rayonunun din xadimləri, Xol Qarabucaq kəndinin İnzibati ərazi dairə üzrə nümayəndəsi Əsgərov Gündüz Çigiz oğlu, Böyükkişi Həşimov bələdiyyə nümayəndəsi və kənd ağsaqqaları şəhidin məzarı başında dulara edildi.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 98 min müharibə veteranı adından  «Başın sağolsun, Vətən» deyib Şəhid ailələrinə səbir diləyirik.

AVMVİB Neftçala rayon şöbə sədrinin təşkilatı məsələlər üzrə müavini Seyyid Mübariz Ağa


Bu xəbəri paylaşın: