Türkiyədə baş verən zəlzələdən zərər görmüş insanlara yardım kompaniyası davam edir.Hər kəs əlindən gəldiyi qədər qardaş ölkənin yanındadır AVMVİB-in rayon şöbələri Türkiyəyə yardım göstərir.Müxtəlif bağlamalar hazırlanır və toplanaraq zəlzələ olan ərazilərə yola düşür.
Bu bağlamalarda isti geyimlər (kurtka,əlcək,şərf) və isti ədyal,yorğanlar var.Baş verən hadisələr üçün veteranlar çox üzgündür və hər zaman dəstək üçün hazırdırlar.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədovun və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Həsənov Eynulla (Akif) Ağamirzə oğlunun Türkiyədə baş verən güclü zəlzələ nəticəsində zərərçəkənlərə Beyləqan rayonunda yardım aksiyası baş tutub.
Veteranlar yardım kompaniyasını davam etdirəcəklərin bildiriblər.
Allah Türkiyə xalqına kömək olsun.Yaradan ölənlərə rəhmət eləsin.
Bölgə müxbiri Elçin Qədirov





