Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Səbail rayon şöbəsinin təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazır ol!” adlı Tir atıcılıq mərkəzinin açılışı olub.
Açılış mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon İdarəsinin əməkdaşları, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov ,YAP Səbail rayon təşkilatının əməkdaşları, N saylı hərbi hissənin zabit və əsgərləri , Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Nəzarət Təftiş Komissiyasının sədri Niyazi Quliyev ,162 saylı tam orta məktəbin şagirdləri,QAİ-nin beynəlxalq əlaqələr üzrə sədr müavini Həqiqət Hacıyeva, AVMVİB-nin Nəsimi rayon şöbəsinin sədri, ehtiyyatda olan polkovnik Elmar Hüseynov, Səbail Rayon Polis İdarəsinin əməkdaşları ,AVMVİB Xankəndi şəhər və Xocalı rayon şöbələrinin sədri Ramiz Ağayev iştirak ediblər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Səbail rayon şöbəsinin sədri Fəqan Nəsibzadə bildirib ki, Tir atıcılıq mərkəzi tir atıcılığı üzrə yarışların və məşqlərin keçirilməsi üçün nəzərdə tutulub. Burada yarışların yüksək səviyyədə təşkil olunması üçün hər cür şərait var.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Tir atıcılıq mərkəzinin açılışı ilə bağlı xeyir-dua verərək bildirib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz dünyaya nümayiş etdirdi. Cəsur Azərbaycan əsgəri mümkünsüz olanı reallığa çevirdi.AVMVİB sədri qeyd etdi ki, bu kimi yerlərin açılması və yeniyetmələrin belə yerlərə cəlb edilməsi gənclərimizdə hərbə marağı artırır və nə qədər ki, ermənilər var gənclərimiz hər zaman müharibəyə hazır olmalıdır.
Sonda açlış iştiraıçıları tir atıcılığı üzrə yarışıblar.


