Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin İsmayılı rayon şöbə rəisinin təqdimatına əsasən istefada olan mayor Bəylər Həlimli (Həlimov Bəylər Əlican oğlu) AVMVİB-in İsmayıllı rayon şöbə sədirinin təşkilatı işlər üzrə müavini vəzifəsinə təyin edlib. Bu munasbətlə, Bəylər Həlimlini Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, AVMVİB-in İsmayılı rayon şöbəsinin sədri, doğmaları iş və döyüşcü yoldaşları ona naliyyətlər arzulayırlar.
İstefada olan mayor Həlimli (Həlimov) Bəylər Əlcan oğlu 07 dekabr 1964-cü ildə İsmayıllı rayonunun Cülyan kəndində zəhmətkeş ailədə dünyaya göz açıb. O, 1981-ci ildə Ismayıllı rayonunun Cülyan kənd orta məktəbini, 1983- cü ildə Bədən Tərbiyəsi və İdman texnikomunu, 1987-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasını bitrib. Həlimli Bəylər Əlican oğlu 1982-1984 ci ilərdə Sovet ordusunun Sankt-Peterburq (Leninqrad) şəhərində yerləşən Raket qoşunlarında müddətli həqiqi hərbi xidmətdə olub. 1987- 1992-ci illərdə İsmayıllı rayonunda idman sahəsi üzrə məşqçi, İsmayıllı rayonunun Cülyan kənd orta məktəbində isə müəllim işləmişdir. O, 1992-2003-cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Ağdərə, Ağdam, Füzuli, Xaçmaz (Yalama qəsəbəsində) Nərimanov,Binəqədi rayonlarında yerləşən hərbi hissələrində taqım və böluk komandiri, tabor qərargahnın rəisi, hərbi hissənin Silahlandırma xidmətinin rəisi, Daxili Qoşunların Baş İdarəsini -nin maddi- texniki təminat idarəsinin silah şöbəsində isə baş zabit vəzifələrində xidmət etmişdir. Mayor Bəylər Həlimli 2003-cü ilin dekabr ayından etibarən «Hərbi Xidmətkeçmə Haqqında » Əsasnamənin «v» bəndinə əsasən Xəstəliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılıb.
O, Azərbay can Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir Bəylər müəllim Daxili Qoşunlada xidmət etdiyi illər ərzində özünu qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. Həlimli Bəylər Əlcan oğlu istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu və təhsil aldığı orta və ali təhsil müəssisələrində, istərsə də işlədiyi və xidmət etdiyi illər ərzində, qohum- əqraba arasında, dost- tanış arasında özünə layiq hörmət qazanmışdır. O,1991-2001-ci illərdə Silahlı Qüvvələr və Hüquq mühafizə orqanları (MN, DİN, MTN, ƏN ,XDMX, DSX) əməkdaşları arasında keçirlən «Atıcılıq üzrə idman yarışlarında» yüksək göstəricilər göstərərək 1-ci və 2-ci yerlərə layiq görülmüş Daxili İşlər Nazirliyinin və Daxili Qoşunların Bas İdarəsinin yığma komandasınin tərkibində Bəylər Əlcan oğlu DİN-in yığma komandasının qələbəsinə öz layiqli töhvəsini vermişdir. O, «snayper tüfəngindən» atəş açaraq ən yüksək nəticələr əldə etdiyinə görə Azərbaycan Güllə Atıçılıq Fedarasiyasının müvafiq diplomu ilə təltif olunub.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, cınayətkarlığa qarşı mübarizədə, Silahlı qruplaşmış dəstələrin zərərsizləşdirilməsində, Fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında eləcədə dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən vaxtında layiqincə gəlmişdir. Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi idman növləri üzrə keçirilən yarışlarda, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuma görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, müvafiq idman dərəcələri ilə, bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdərə, Ağdam, Füzuli və Cəbrayıl rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edib və kontuziya alıb. Xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Pezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə bir cox medallarla təltif edilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi
sədirnin hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev



