Xocalı faciəsinin ildönümü AVMVİB-in Xankəndi şəhər və Xocalı şöbəsində  qeyd olunub

AVMVİB-in Xankəndi şəhər və Xocalı  rayon şöbəsi tərəfindən hazırlanmış tədbirlərə uyğun olaraq fevral ayının 25 də Xocalı facəsinin 31 -ci ildönümünə həsr olunmuş “Xocalı facəsi iki yüz cox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımın siyasətinin qanlı səhifəsidir” adlı tədbir kecirlib.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birrliyi (AVMVİB) sədrinin hüquqi məsələlər  üzrə müavini  polkovnik Salman Musayev, AVMVİB-in Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədri Ramiz Ağayev,AVMVİB-in Xankənd  şəhər və Xocalı rayon şöbəsinin sədr müavinləri Məhəbbət Murtuzova, Ayaz Bəşirov, Xocalı rayon sakini,Erməni təcavüzünün tanıdılması ictimai birliyin sədri, müharibə veteranı- hərbi repartyor,müstəqil  jurnalist Səriyə Cəfərova,Xeyirxah və vətənpərvər insan Eldar Bəşirov,Bakı şəhərində yaşayan  Xocalı sakinləri,şəhid ailələri,Vətən müharibəsişəhid ailələri və veteranları iştirak edib.

    Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, bütün şəhidıərin, o cümlədən Xocalı qurbanlarının,eləcədə qardaş Türkiyədə baş verən zəlzələ zamanı həyatını itirmiş  şəxslərin əziz  və unudulmaz  xatirələri bir dəqiqəlik sükutla yad edlib.

Tədbiri giriş sözü ilə AVMVİB-in Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədri Ramiz Ağayev acaraq, Azərbaycan Xalqının qan yadaşı olan Xocalı faciəsi,ermənlərin zaman-zaman xalqımıza qarşı vəhşliklərdən geniş  məlumat verdi.

  Tədbirdə cıxş edən Xocalı sakini, Erməni Təcavuzun Tanıdılması İctimai Birliyin sədri, jurnalist, müharibə veteranı- hərbi repartyor Səriyə Cəfərova öz cıxışında  yüzlərlə günahsız  insanların vəhşicəsinə qətlə yetirilməsindən,xocalı faciəsinin dünyanın ən qanlı cinayətlərindən biri olmasını bildirdi.

 Tədbirdə cıxış edənlər: şəid Ceyhun Mustafazadənin atasl Şükür, Milli Qəhraman  şəhid Ələsgər Novruzovun həyat yoldaşı  Səkibə xanım,məzarsız şəhid Şahmuradova Neymət Musa Qəribalı  oğlunun həyat yoldaşı  Sahibə xanım, AVMVİB-in Xankəndi şəhər və rayon şöbə sədrinin sosial işlər  üzrə müavini Ayaz Bəşirov dinc insanların erməni təcavzkarları tərəfindən  vəhşicəsinə qətlə yetirdiklərindən danşdılar.

   Xocalı Soyqırımın 31 il dönümünə həsr edilmiş tədbirə yekun vuran  Azərbaycan Vətən Müharibəsi Veteranları  İctimai Birliyi sədrinin hüquq məsələləri üzrə müavini polkovnik Salman Musayev hər il  Xocalı  faciəsinin ildönümünün istər Respubilkamızda, istərdə  onun hüdudlarından kənarda  qeyd edilməsindən,Müzəfər Ali Baş Komandanmızın  rəhbərliyi ilə 44 (qırıx dörd)

günlük  vətən müharibəsində Azərbaycan Respubilkasının Silahlı Qüvvələrin  mənfur düşməni darmadağın etməsindən, işğal altında  qalan torpaqlarmızın azad edilməsindən, xocalı qisasının alınmasından danışdı.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Xankəndi və Xocalı rayon şöbə sədrinin  ictimai məsələlər üzrə müavini Məhəbbət Murtuzova

Bu xəbəri paylaşın: