Salam Mənim Əzizi Millətim!!!
31 ildi Qanlı Xocalı gününü, Xocalısız kecirdən millətim !!!
«Başın sağolsun» «Vətən sağolsun» deyən millətim !!!
Zaman var idi ki, » Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda qətliyam etdi» deyən millətim!!!
Bugün isə, Xocalıya bizi buraxmayan, adını da «sülhməramlı qüvvələr» qoyan həmin RUSA dəstək çıxan millətim!!!
Yaxın tarixdən Salam olsun sizə:
1918-ci ilin bu tarixində Bakı və Bakı quberniyasında baş verən qanlı hadisələr nəticəsində bir çox azərbaycanlı həyatını itirmişdir.
1990 20 yanvar tarixi Azərbaycanda “Ümumxalq hüzn günü” kimi qeyd edilir.
1990 26 fevral tarixini Azərbaycanda “Xocalı soyqırımı”
2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində başlanması gününün anılması. “Anım Günü”
Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala şöbəsi “Xocalının Harayı” adı altında tədbir kecirdi.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, veteran, şəhid alələri və şəhər sakinləri iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların, qardaş Türkiyə Cümhuriyyətində 6 fevral 2023-cü ildə baş verən zəlzələ qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad olundu.
Çıxış edənlər “Xocalı faciəsi- Ermənistanın millətçi,vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və Ermənilərin 1992-ci fevral ayının 25-dən 26-na keçən gecə əliyalın, silahsız xalqımıza qarşı törətdikləri bu qəddar soyqırım və onun qurbanları haqqında danışıblar.


Xocalı faciəsi zamanı:
613 nəfər qətlə yetirilmiş, meyitlər təhqir olunmuşdur.
1275 nəfər girov götürülmüşdür. (Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.)
Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi.
Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmisdir.
Siz deyin bu vəşilik, vandalıq, faşistlik deyil bəs nədir !?
Bəs görəsən buna nədən dünya susur !?
Biz Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 90 min müharibə veteranı adından “Xocalının Harayı” deyib bütün böyük dövlətlərdən tələb edirik ki, haqq-ədalət yerini tapsın.
«Başın sağolsun, Vətən» deyib Şəhid ailələrinə səbr diləyirik.
Hörmətlə: AVMVİB Neftçala rayon şöbə sədrinin təşkilatı məsələlər üzrə müavini Mübariz Hüseynov.


