Müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə Bakının Məhəmədi kəndində ağacəkmə aksiyası keçirilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yasamal rayon şöbəsinin üzvü olan müharibə veteranları ağacəkmə aksiyasında istirak ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov məlumat verib.
Veteranlar sözü gedən ərazidə 34 ağac əkiblər





