Bu gün istifadə etdiyimiz yeddi günlük həftə təqviminin kökləri Babilə, dolayısı ilə isə Şumerə gedib çıxır. Sonradan yəhudilər, yunanlar, romalılar bundan istifadə etməyə başlayıblar.
Lakin həftənin günlərinin adlarının, demək olar ki, hamısı Skandinaviya və alman mənşəlidir.
| Day | Planet | Latin | Spanish | French | Italian |
| Monday | Moon | Dies Lunae | lunes | lundi | lunedi |
| Tuesday | Mars | Dies Martis | martes | mardi | martedi |
| Wednesday | Mercury | Dies Mercurii | miércoles | mercredi | mercoledì |
| Thursday | Jupiter | Dies Jovis | jueves | jeudi | giovedi |
| Friday | Venus | Dies Veneris | viernes | vendredi | venerdì |
| Saturday | Saturn | Dies Saturni | sábado | samedi | sabato |
| Sunday | Sun | Dies Solis | domingo | dimanche | domenica |
Bazar günü (Sunday) qədim ingilis dilindəki “Sunnandæg” sözündən yaranıb ki, bunun da mənası “Günəş günü” deməkdir. Latınca isə dies solis formasında işlədilirdi.
Bazar ertəsi (Monday) qədim ingilis dilindəki “Mōnandæg” sözündən götürülüb və Şimal xalqlarının mifologiyasında olan Maninin (Ay allahı) – “Sol”un (Günəşin) qardaşının şərəfinə adlandırılıb.
Çərşənbə axşamı (Tuesday) qədim ingilis dilindəki “Tīwesdæg” sözündən götürülüb və şimallıların bir əlli duel tanrısı olan Tiw və ya Tyr-in şərəfinə adlandırılıb. Onun Roma elvivalenti – müharibə tanrısı Marsdır.
Çərşənbə (Wednesday) və ya “Wōden’s day”, Skandinavların müdriklik, magiya, qələbə və ölüm allahı olan Odinin şərəfinə adlandırılıb. Roma ekvivalenti Merkuridir.
Cümə axşamı (Thursday) və ya “Thor’s day”, Skandinaviya mifologiyasında ildırım, güc və himayədarlıq tanrısı olan Torun adından götürülüb. Roma ekvivalenti Yupiterdir.
Cümə (Friday), Odinin arvadı Friggin və ya Freyanın adından götürülüb. Bəzi alimlər isə qeyd edir ki, bunlar ayrı-ayrı ilahələrdir. Roma ekvivalenti Veneradır.
Şənbə (Saturday), alman və Skandinaviya mənşəli olmayan və Roma panteonuna daxil olan Saturnun adından götürülüb.(libre)
