Vətən uğrunda gedən döyüşlərdə ağır yaralanan qazimiz İmanlıVahid Taleh oğlu Türkiyədəki müalicəsini tamamlayaraq Vətənə qayıdıb.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin sədri Mayılxan Əliyev məlumat verib
39 dəfə cərrahi t əməliyyat olunan qazimiz İmanlıVahid Taleh oğlu doğulduğu Yardımlı rayonunda coşquyla qarşılanıb.
Qazimizin qarşılama mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin sədri Mayılxan Əliyev başda olmaqla veteranlar iştirak ediblər.



