AVMVİB sədri: «Biz ermənilərin və rusların nazı ilə çox oynadıq»

Son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutun şimalından keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni istehkam-tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsinə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev münasibət bildirib.
AVMVİB sədri bildirib ki, rusların və ermənilərin nazı ilə çox oynadıqca onlar daha da azğınlaşır. Görünən budur ki, erməni sülhdən anlamır, belə erməni üçün onların öz dilində cavab vermək, təpələrinə növbəti dəmir yumruğu vurmaq lazımdır.
Rusiya isə baş verən bütün qanunsuz hadisələrə və ermənilər tərəfindən qaynaqlanmaqla sülhü təhdid edən bütün proseslərə göz yumur, bəzi hallarda isə ermənilərə dəstək verir.
Baş verən son hadisələr onun bariz göstəricisidir ki, Rusiya Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olmasında qətiyyən maraqlı deyil. Ona görə də «sülhməramlı» adı altında torpaqlarımıza gələn rus əsgərləri yerləşdirilidiyi ərazidən dərhal çıxmalıdır. Bunlar sülhməramı deyil erməniməramlıdırlar.
Ermənilər isə anlamırlar ki, döyüşlər bu dəfə 44 gün deyil, ən uzağı 10 gün çəkəcək və bizim Şanlı Ordumuz bu dəfə tarixi torpaqlarımıza kimi irəliləməkdən çəkinməyəcək.
Biz veteranlar daima Ali Baş Komandanın çağrışına hazırıq.

Ən yaxşısı, İVAN İDİ DOMOY. Biz səni öz çirkin əməllərindən və iyrənc istəklərindən tanıyırıq, İvan!

Bu xəbəri paylaşın: