Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilən terror aktına münasibət bildirib. AVMVİB sədri diqqətə çatdırıb ki, Fazil Mustafaya açılan atəş dövlətimizə təhdiddir və bu atəş hər bir veteranımızı mənəvi olaraq incitmişdir.
Sədr əminliklə qeyd etmişdir ki, terror hər zaman quldur ermənilərin və erməni xislətli düşmənlərin silahı olmuşdur. Onlar üz-üzə döyüşməkdən qorxduqları üçün daim uşaqları, qocaları, qadınları və silahsız vətəndaşları hədəf almaqla insanlar arasında ruh düşkünlüyü yaratmaq istəsələr də, heç vaxt buna nail ola bilməmişlər. Tarix göstərir ki, Azərbaycan xalqı həmişə bu sınaqlardan üzüağ çıxmışdır.
AVMVİB sədri F.Rzaquliyev fikrini bu sözlərlə bitirmişdir: «Rusun sözünə, erməninin sədaqətinə və farsın ibadətinə inanmaq lazım deyil. Hər hansı bir təhlükədə 90 minlik veteran ordusu dövlətçiliyimizin və Prezidentimizin yanındadır».