Şəhid Etibar Məmişovun anım tədbiri keçirildi — VİDEO

Tədbir Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Səbail rayon şöbəsində təşkil olundu. Tədbirdə Kəlbəcər rayonunun millət vəkili Aqil Məmmədov, Kəlbəcər rayon 84 saylı orta məktəbin direktoru, şəhidin bacısı Həqiqət Məmişova, həmin məktəbin müəllim-şagird kollektivinin üzvləri, AVMVİB-in veteran üzvləri, ictimaiyyət nümayəndələri iştirak etmiişlər.

Tədbir şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbirdə çıxış edən millət vəkili Aqil Məmmədov öncə Azərbaycan tarixinə nəzər saldı və bildirdi ki hər il 2 apreli Kəlbəcərin işğal günü kimi qeyd edirik, bu gün ancaq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz Kəlbəcəri işğaldan azad etdi və bu çox qürurverici bir haldır. Şəhidlərimizin ruhu indi şaddır. Biz fəxr edirik ki, İlham Əliyev kimi Müzəffər Ali Baş Komandanımız var.

Çıxış edənlər şəhidlərimizin ruhuna dualar oxudular, xatirələrini bölüşdülər və Kəlbəcərin işğaldan azad olunmasına sevindiklərini bildirdilər.

Tədbirin bədii hissəsində Kəlbəcər rayon 84 saylı orta məktəbin şagirdləri çıxış edərək şeir və mahnılar səsləndirdilər.

Sonda çıxış edən Kəlbəcər rayon 84 saylı orta məktəbin direktoru, şəhid bacısı, AVMVİB-in Fəxri üzvü Həqiqət Məmişova hər bir kəsə öz təşəkkürünü bildirdi və diqqətə çatdırdı ki, 90.000 veteran ordusunun bacısı olması onun üçün böyük fəxarətdir. «Bu gün torpaqlarımızın işğaldan azad olunması şəhidlərimin qanı bahasına başa gəlmişdir. Şəhidlərin və qazilərimizin hər birimizin üzərində böyük haqqı vardır və biz bu haqqı heç bir zaman unutmamalı, bu dəyərləri gənc nəslə aşılamalıyıq», deyən Həqiqət Məmişova bu baxımdan belə tədbirlərin böyük əhəmiyyət daşıdığını tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Bu xəbəri paylaşın: