ŞƏHADƏT MƏQAMI

Bu gün şəhid SERGEY CAHANGİR oğlu PAŞİNİN şəhadət məqamına yetişdiyi gündür.
Sergey Paşin 15.10. 1973-cü ildə Neftçala şəhəri Bankə qəsəbəsində anadan olmuşdur.
05.01.1994 cü ildə vətən torpaqlarının müdafiyəsi zamanı şəhid olmuşdur.
AVMVİB Neftçala rayon şöbə sədrinin təşkilatı məsələlər üzrə müavini Mübariz Hüseynov və Bankə qəsəbəsinin AVMVİB ağasaqqalı Mansurov Qərib veteranlar Abbasov Arif və Allahverdiyev Şahin, eləcə də Neftçala rayon İcra Hakimiyyəti Başçısının İƏD üzrə nümayəndəsi Nağıyev Tarel Tarix oğlu Bələdiyə işcisi Ağayev Ağəli, Bankə qəsəbəsinin Ağsaqqallar şurasınının sədri Şəhid atası Ağamalıyev Baloğlan şəhid Sergey Paşinin yaşadığı ünvana gedərək bacısı Siveta Paşinlə görüşərək Şəhidin rəsmi önündə xatirə şəkili çəkildi və “Seyyidlər”qəbirstanlığına baş çəkərək Şəhidin məzarını ziyarət edildi.
Tədbir iştirakçıları Bankə Şəhidlər kompleksini ziyarət edərək şəhidlərin ruhuna dualar oxunarak 1 dəqiqəlik sukutla yad edildi.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 90 min müharibə veteranı,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, Rayon Ağsaqqallar şurasının, Rayon İcitmai şurasının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri, din xadimləri, şəhid ailələri «Başın sağolsun, Vətən» deyib Şəhid ailələrinə səbr diləyirik.
Hörmətlə: AVMVİB Neftçala rayon şöbə sədrinin təşkilatı məsələlər üzrə müavini Mübariz Hüseynov.

Bu xəbəri paylaşın: