Nazir məktəblərdə vakansiyaların gizlədilməsinin mümkün olacağına inanmır

Məktəblərdə vakansiyaların gizlədilməsinin mümkün olacağına inanmıram.

Fedai.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, hazırda təhsil müəssisələrində vakansiyaların hesablanması Elm və Təhsil Nazirliyində tamamilə avtomatlaşıb:

«Vakansiyaların gizlədilməsi hallarına inanmıram. Sadəcə olaraq bəzi məktəblərimizdə müəllim sayı zəruri olduğundan çoxdur. 4 sinifə 24 müəllim düşən məktəblərimiz var. Belə olduğu halda hansısa müəllim pensiyaya çıxanda, biz o yerə vakansiya elan etmirik. Bəzən anlaşmazlıq yaranır ki, filan məktəbdə hansısa müəllim gedib, lakin yeri vakansiyaya çıxarılmayıb. Belə istisna halların izahı var. MİQ-lə bağlı vakansiyalar yay aylarının əvvəlində elan ediləcək».525

Bu xəbəri paylaşın: