AVMVİB Rəhbərliyi millət vəkilini təltif etdi

Milli Məclisin deputatı Jalə Əliyeva Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB)  Fəxri fərmanı ilə təltif olunub.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zərdab rayon şöbəsinin sədri Seyfi Həsənov məlumat verib.

Seyfi Həsənov deputatı təbrik edərək, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin salamını çatdıraraq millət vəkilinə ,şəhid ailələri ,qazilərə və veteranlara göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirmişdi.

Jalə Əliyeva, millət vəkili, ziyalı və vətənpərvər bir şəxs kimi daim Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə və qazilərin problemlərinə diqqətlə yanaşmış, onlara qayğısını əsirgəməmişdir.

Qeyd edək ki,millət vəkili Jalə Əliyeva şəhid ailələrinə və qazilərin problemlərinə diqqətlə yanaşmaqla yanaşı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Zərdab rayon şöbəsinə kompüter hədiyyə edib.

Deputat Jalə Əliyeva  AVMVİB tərfindən ona təqdim ediln Fəxri fərmanın onun üçün dəyərli olduğunu və mənəvi əhəmiyyət kəsb etdiyini dilə gətirmiş, AVMVİB-in İdarə heyətinin üzvlərinə və bütün veteranlarına öz təşəkkürünü bildirmişdir.

Bu xəbəri paylaşın: