Cənnətdəki mövludun mübarək, Əfsər!

Şəhid Gözəlov Əfsər Səttar oğlunun dooğum günüdür.

Gözəlov Əfsər Səttar oğlu 14.041964-cü ildə Neftçala rayonu Bankə qəsəbəsində anadan olmuşdur.1990-cı ildə ordu sıralarına qoşulmuş ilk könüllülərdən idi. Allahverdi Bağırovun batalyonunda döyüşən Əfsər xüsusi igidliklər göstərmişdir.
10.03 1992-ci ildə Ağdərə ətrafında gedən döyüşlərdə ağır yaralanmış , Bakıya gətirilsədə həyatını xilas etmək olmamışdır. Əfsər Gözəlov Qarabağ döyüşləri zamanı Bankə qəsəbəsinin ilk şəhididir. Məzarı Seyidlər qəbristanlığındadır…


AVMVİB Neftçala rayon şöbə sədrinin təşkilatı məsələlər üzrə müavini Mübariz Hüseynov və Bankə qəsəbəsinin veteranlar Abbasov Arif və Allahverdiyev Şahin, eləcə də Bankə qəsəbəsinin sürücülərinin bir qismi şəhidi ziyarət etdilər.
Bunuda qeyt etmək istərdim ki, bankənin sürücüləri öz hesablarına dayandıqları dayanacaqda Şəhid Əfsər Səttdar oğlunun adını əbədiləştitmək məqsədi ilə rəsmini “Daş lövhə” xatirə panosu düzəldərək öz vətandaşlıq borclarını verməyə calışmışlar.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvləri və şəxsən öz adımdan sürücü qardaşlara təşəkürümü bildirirəm.
Şəhidin rəsmi önündə xatirə şəkili çəkildi və “Seyyidlər”qəbirstanlığına baş çəkərək Şəhidin məzarını ziyarət edildi.


Tədbir iştirakçıları Bankə Şəhidlər kompleksini ziyarət edərək şəhidlərin ruhuna dualar oxunarak bir dəqiqəlik sukutla yad edildi.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 90 min müharibə veteranı birlikdə, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, Rayon Ağsaqqallar şurasının, Rayon İcitmai şurasının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri, din xadimləri, şəhid ailələri «Başın sağolsun, Vətən» deyib Şəhid ailələrinə səbr diləyirik.

AVMVİB Neftçala rayon şöbə sədrinin təşkilatı məsələlər üzrə müavini Mübariz Hüseynov.

Bu xəbəri paylaşın: