Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi veteranları şəhidlərimizlə bağlı silsilə tədbirlərlərdə iştirak edirlər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədovun rəhbərliyi ilə müharibə veteranlarımız Beyləqan rayonunun Dünyamalılar kəndində şəhid Məhəbbət Ədalət oğlu Mirzəyevin Anım tədbirində iştirak ediblər.

Anım mərasimində müharibə veteranları ilə yanaşı, şəhidin döyüş dostları, kənd sakinləri də iştirak ediblər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov AVMVİB sədri Füzuli Rzaquliyevin adından şəhidin ailəsinə başsağlığı verərək,tanrıdan səbr diləyiblər.

Mirzəyev Məhəbbət Ədalət oğlu 16 dekabr 1993-cü ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub.

Orta məktəb illərində «Şahinlər», «Cəsurlar» hərbi oyunlarında fəal iştirakı ilə seçilib. 1 may 2012-ci ildə orta məktəbi bitirib. Məktəbi bitirdikdən sonra 2012-ci il iyulun 9-da Beyləqan rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Əsgərlik müddətini Biləcəri və Gəncədə N-saylı hərbi hissələrdə keçib. 2014-cü il yanvar ayının 1-də əsgərlik xidmətini bitirdikdən sonra vətənə xidmətini Beyləqan rayon N-saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi davam etdirib.

Bir müddət burada xidmət etdikdən sonra kəşfiyyata olan marağı onu Xüsusi Təyinatlı Qüvvələrin kursuna yazılmağa vadar edib. O, bu kursu uğurla keçib və dəfələrlə gizli döyüşlərdə şücayət göstərib. 2015-ci il avqust ayının 18-i Çin Xalq Respublikasına xüsusi təlim kursuna gedib və orada atıcı-snayper kimi ixtisaslaşıb. Eyni zamanda Kitay-Uşusu idman növünü öyrənib. Həmin kursu yüksək nəticə və fərqlənmə ilə bitirdikdən sonra vətənə dönərək xidmətini davam etdirib.

Məhəbbət Mirzəyev aprelin 4-də Talışkənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid doğulduğu rayonda torpağa tapşırılıb.

Ölümündən sonra döyüşdə fərqləndiyinə görə 3-cü dərəcəli medalla təltif olunub.

Allah rəhmət eləsin!

Tanrıverdiyev Sənan

Bu xəbəri paylaşın: