Rusiya generalı erməniləri Qarabağdakı ağır məğlubiyyətdən necə xilas etdi — HƏRB TARİXİ

Moskvada yaşayan həmyerlimiz, Birinci Qarabağ müharibəsini tədqiq edən, əslən Ağdamdan olan hörmətli ziyalımız Məmməd Vəlimməmədovun Rusiya Silahlı Qüvvələrinin Qarabağda erməni silahlı birləşmələrinə necə kömək etdikləri və çox kritik bir zamanda ermənilərə xüsusi dəstək verməklə, necə Qarabağ müharibəsində açar rol oynayan bir əməliyyat keçirdikləri barədə yazdıqlarını oxucuların diqqətinə çatdırır.

“Birinci Qarabağ Müharibəsində Rusiya Federasiyası 7-ci ümumqoşun ordusu bölmələrinin (komandir general Fyodor Reut) erməni hərbiçilərinin tərəfində olması mövzusu az tədqiq edilib. Bunun ətrafında çoxlu şayiələr, dedi-qodular, açıq-aşkar miflər var. Əlbəttə ki, erməni tərəfi bu cür faktlar barədə danışmağı sevmir, çünki belə olduqda, tək başına vuruşan «fenomenal Qarabağ ordusu» tarixçəsini silmiş olurlar.

Qeyd etmək lazımdır ki, SSRİ-nin dağılmasından sonra vaxt darlığı şəraitində keçmiş Sovet Ordusunun bir çox bölmələri, o cümlədən keçmiş Zaqfqaziya Hərbi Dairəsinin ( ZakVO) ərazisində taleyin hökmünə buraxılmışdı. SSRİ-nin dağılmasından sonra ZakVO hərbi bölmələrinin hansı vəziyyətdə olması 19-cu Hava Hücumundan Müdafiə əlahiddə ordusunun kəşfiyyat rəisi polkovnik Valeri Simonovun məqalələrində ətraflı təsvir edilmişdir. Hər halda, 7-ci Ordu əsgərlərinin Qarabağda erməni qoşunlarının tərəfində hərbi əməliyyatlarda iştirak etməsinə dair təsdiqlənmiş bir neçə aşkar fakt mövcuddur.

На изображении может находиться: 1 человек

13-14 iyun 1992-ci il döyüşləri zamanı Azərbaycan silahlı qüvvələri Sırxavənd, Kiçan, Qazançı, Manikli, Baş Güneypəyə, Orta Güneypəyə, Bəşirlər və Qaraşlar yaşayış məntəqələrini azad etdi. Hücumun məqsədi Dağlıq Qarabağın mərkəzi hissəsindən Ağdərə rayonuna aparan yeganə yolu və Xaçınçay çayı üzərindəki yeganə körpünü nəzarətə götürmək idi. Körpünü götürərək yolda hərəkətin qarşısını almaqla, Azərbaycan silahlı qüvvələri erməni qüvvələrini tam parçalayıb, onları Ağdərə rayonuna əlavə qüvvələr göndərib möhkəmlənmək imkanından məhrum etmiş olurdu.
Erməni qoşunları üçün vəziyyətin nə qədər kritik olduğunu Robert Koçaryan kitabında belə təsvir edir: “Xaçın çayın kənarındakı Sırxavənd kəndi yaxınlığında ağır vəziyyət yaranmışdı. Düşmənin hücumunun məqsədi Mardakert rayonuna aparan çay üzərindəki yeganə körpünü ələ keçirmək idi. Körpünü götürsəydilər, onlar qüvvələrimizi tamamilə parçalayardılar və zirehli texnikaları o dövrdə şiddətli döyüşlərin də keçirildiyi Qarabağın şimalına keçirmək imkanından məhrum edərdilər. Vəziyyət o qədər kritik idi ki, Vazgen Sarkisyan ilk dəfə olaraq bölmələrimizə havadan dəstək vermək üçün helikopterlər göndərməyə qərar verdi. «

İyunun 15-də erməni qoşunları Sırxavənd bölgəsində əks-hücuma keçdi. Erməni qoşunlarının hücumuna Mi-24 helikopterləri kömək edirdi . Mühasirədən çıxanda Azərbaycan qoşunları təxminən 70 nəfər itirdi. Bu istiqamətdə gedən döyüşlərdə Azərbaycan komandiri Şirin Mirzəyev şəhid oldu. Nəticədə erməni qoşunları Sırxavənd, Qazançı, Kiçan, Manikli, Baş Guneypəyə, Orta Guneypəyə, Bəşirlər və Qaraşlar kəndlərini yenidən ələ keçirə bildi, həmçinin Ağdərə rayonuna gedən yola nəzarəti bərpa etdi.

Polkovnik V. Gulyaev və baş leytenant V. Tereşenkonun komandanlığı altında 7-ci Ordunun tərkibində olan 382-ci əlahiddə vertolyot eskadronuna aid bir ədəd Mi-24 helikopterini Azərbaycan hərbiçiləri vura bildi. Ekipaj öldü. Bu fakt Sırxavənd bölgəsindəki erməni qoşunlarının əks-hücumuna atəş dəstəyinin 7-ci Ordunun 382-ci Xüsusi Helikopter Eskadronunun helikopterləri tərəfindən verildiyini göstərir.

11 sentyabr 1992-ci ildə Azərbaycanın Kəlbəcər rayonunun Mərcimək kəndi yaxınlığında Ermənistanda dislokasiya olunan 7-ci ordunun altı rus əsgəri əsir götürüldü – sıravi əsgərlər Yaroslav Evstiqneyev, Vladislav Kudinov, Konstantin Tukiş, Andrey Filippov, Mixail Lisovoy və baş leytenant Vladimir Semion. Bütün bu hərbçilər dislokasiya yeri Yerevan olan 7-ci Ordunun 797-ci xüsusi təyinatlı rotasında (39826 saylı hərbi hissə) xidmət edirdilər. 12 may 1993-cü ildə Azərbaycan Ali Məhkəməsinin hərbi kollegiyası onların 1992-ci il iyunun 15-də Dağlıq Qarabağın Ağdərə rayonunun Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə iştirak etdiklərini və 30-a yaxın əsgəri öldürdüklərini, Azərbaycan ordusunun üç tankını və piyada döyüş maşınlarını vurduqlarına görə günahkar bildi və Vladimir Semionu 15 il həbs cəzasına məhkum edib, qalanlarına isə ölüm hökmü verdi.
Sonradan, Azərbaycan ilə Rusiya arasında dostluq və mehriban qonşuluq əlaqələrini möhkəmləndirmək məqsədilə, xoşməramlılıq əlaməti olaraq bu hərbi qulluqçular Rusiya tərəfinə təhvil verildi.

BİZ HİYLƏGƏR VƏ MƏNFUR BİR DÜŞMƏNLƏ ÜZBƏÜZÜK

Beləliklə, tam əminliklə deyə bilərik ki, 15-16 iyun 1992-ci il tarixdə Sırxavənd kəndi yaxınlığında gedən döyüşlərdə RF-nin həm 797-ci Xüsusi Əməliyyat Alayının hərbi qulluqçuları, həm də 382-ci Əlahiddə Helikopter Eskadronunun hücum helikopterləri iştirak etmişlər. Bu bölmələrin hər ikisi 7-ci Ordunun tərkibində idi. Həmçinin, 10-11 sentyabr 1992-ci ildə 7-ci Ordunun 797-ci Xüsusi Əməliyyat Komandanlığının hərbçiləri əsir alındıqları Kəlbəcər rayonunun Mərcimək kəndi ərazisində kəşfiyyat-müşahidə işləri aparıblar.

Beləliklə, 7-ci Ordunun hər hansı bir kömək-dəstəyini qəti şəkildə rədd edən erməni tərəfinin açıqlaması, yumşaq desək, əsassızdır.
/moderator az/

Bu xəbəri paylaşın: