Respublika Hərbi Prokurorluğu hərbi cinayətlərlə bağlı misilsiz işlər görüb

IV YAZI

Bildiyiniz kimi, müasir şəraitdə qlobal informasiya savaşının iki istiqamətdə aparılması barədə — münaqişənin keçmişi (tarixi aspekt) və gedişi (hərbi aspekt) olduğunu yazmışdıq. Tarixi aspekt artıq tarixçilərin işidir və onlar bu işin öhdəsindən layiqincə gələ bilmirlər. İkinci mərhələ sayılan hərbi aspektə isə bir sıra fəaliyyət növü daxildir. Onlardan biri hərbi əməliyyatlar və ona qədərki dövrlərdə baş verən hərbi cinayətlərə qarşı görülmüş tədbirlərdir.

Bu barədə məlumatsızlıq var və ona görə də çoxları elə düşünürlər ki, düşmənlərin hərbi cinayətlərinə qarşı Azərbaycan seyrçi olaraq qalıb.

Araşdırmalar zamanı məlum oldu ki, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədi ilə 18 dekabr 2003-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlərinin vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılmışdır. 2005-ci ilin may ayından etibarən Respublika Hərbi prokuroru Xanlar Vəliyevin təşəbbüsü ilə həmin cinayət işlərinin istintaqı Hərbi Prokurorluğa, ibtidai araşdırmaya prosessual rəhbərlik isə Respublika Hərbi prokuroruna həvalə edilmişdir. Həmin istintaq-əməliyyat qrupu qısa zaman kəsiyində böyük işlər görməyə nail olmuşlar. XX əsrin faciəsi adlandırılmış Xocalı soyqırımı ilə bağlı istintaqla müəyyən edilmişdir ki, Xocalı soyqırımı zamanı 63 uşaq və 70-i qoca olmaqla 613 nəfər xüsusi amansızlıqla öldürülmüş, o cümlədən 106 qadın işgəncə verilməklə vəhşicəsinə qətlə yetirilmiş, 8 ailə tam məhv edilmiş, 487 nəfər dinc sakin ağır yaralanmış, 1 275 qadın, uşaq və qoca girov götürülərək işgəncələrə məruz qalmış (150 nəfər, o cümlədən 68 qadın və 26 uşaq bu günə kimi itkin düşmüş hesab olunur), Xocalı şəhərinin 5000 nəfərdən çox əhalisi deportasiyaya məruz qalmışdır. İbtidai araşdırma ilə müəyyən olunmuşdur ki, bu faciə zamanı əksər insanlar Xocalıda qətlə yetirilmiş, mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş şəhər sakinləri erməni qanunsuz silahlı birləşmələri tərəfindən əvvəlcədən yollarda xüsusi hazırlanmış pusqulardan avtomat, pulemyot və digər odlu silahlardan atəşə tutularaq onlardan 20 nəfər insan Kətik meşəsində, 150 nəfər insan Naxçıvanik yolunda, 20 nəfərdən artıq insan Qaraqaya ətrafında, 25 nəfər insan Dəhraz kəndi yaxınlığında, 10 nəfər insan Şelli istiqamətində, 10 nəfər insan Əsgəran asfalt yolunun 86-cı kilometrliyində və s. müxtəlif yerlərdə vəhşicəsinə öldürülmüş, həmçinin əsir götürülən Xocalı sakinlərindən 20 nəfər insan Əsgəran rayon daxili işlər şöbəsində işgəncə verilərək qətlə yetirilmişdir. Həmçinin, istintaq qrupu cinayət nəticəsində dövlətə və vətəndaşlara dəymiş zərərin-mənəvi, fiziki və maddi ziyanın miqdarının və bunun müqabilində ödənilməli olan kompensasiyanın məbləğinin beynəlxalq standartlara əsasən müəyyən edilməsi məqsədilə, cinayət işi üzrə müvafiq qərarla kompleks məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş və rəy verilməsi- Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupuna həvalə olunmuşdur.

Həmin cinayətlərin detalları cinayət işlərində əks olunmuş və faktların mahiyyəti, mülki şəxslərə qarşı törədilmiş bu cinayətlərlə düşmən tərəfin 1949-cu il Cenevrə Konvensiyasını, ona əlavə protokolların müddəalarını, eləcə də beynəlxalq öhdəlikləri kobud şəkildə pozduğu ortaya qoyulmuşdur. İstintaq qrupunun üzə çıxardığı faktların bir qismi düşmənlərin özləri tərəfindən yazılmış memuar xarakterli əsərlərdə də öz əksini tapmaqdadır. Bir terrorçu erməni əsgəri Racik Dedeyanin qeydləri olan bu yazılarda ermənilərin Xocalıya hücum ərəfəsindəki planları və törətdikləri vəhşiliklər təsvir olunub: “Biz Xocalıya hücum etməzdən bir gün öncə Quçşular ətrafinda toplanmışdıq. Bizim komandirimiz Suren Sumbatyan bizi iki sıraya düzərək dedi: “Biz bu gün Xocalıya girəcəyik. Qarşınıza çıxan heç kimə rəhm etməyin. Uşaq, qoca, cavan, əsgər, qadın, qız hər kəsi öldürün. Evlərini yandırın, məscidlərini yandırın, dini kitablarını (red- Qurani Kərimi) murdarlayıb özlərinə yaladın. Bizim üçün bir amal var qisas və Arsaxın müstəqil olması.

Biz “Yaşasın Arsax” deyə qışqırdıq. Bizimlə bərabər Suriyadan və Livandan gəlmiş ermənilər də vardı. Biz Xocalıya daxil olduq. Həmin gecə qarşımıza çıxan hər kəsi öldürürdük. Hər dəfə müsəlman türk öldürdükdə gözümüzdə intiqam odu parlayırdı. Biz əsirləri tikanli məftilə bağlayıb maşınların arxasında parça-parça olana qədər sürüyürdük. Suriyadan gələn ermənilər isə onların kəlləsinin skeletini çıxarmaq üçün özləri ilə xüsusi alət gətirmişdilər. Onlar bu alətlə müsəlman itlərin kəllə sümüyünü çıxarır, kəllə skeletlərindən əşya düzəldirdilər.

Biz kiçik yaşlı uşaqları Xankəndinə apardıq. Orda bizim həkimlər onların daxili orqanlarını götürürdü. Qadın əsirləri isdədiyimiz qədər zorlayırdıq. Onların murdar bədəninə qızdırılmış xaç çəkirdik. Biz onlara verdiyimiz işgəncədən zövq alırdıq. Məscidlərin birində onları əsir götürdük. Onları məcbur etdik ki, öz murdar it yuvaları olan bu şeytan yuvasını murdarlasınlar. Müsəlman türklər bundan imtina etdikdə biz bunu etdik və sonra onları öz məscidlərində öldürüb öz dini kitabları ilə birgə külə döndərdik. Onlar Allahlarından kömək istəyirdi, amma onlara kimsə kömək etmirdi.

Onların Allahı da bizdən qorxurdu. Əsirləri bir-birini zorlamağa, öldürməyə məcbur edirdik. Onlar bundan imtina edəndə biz onları işgəncə ilə öldürürdük. Hamilə olan müsəlman qadınların qarınlarını cırıb, uşaqlarını öldürürdük ki, it soyu olan müsəlman türklər azalsın. Onların öldürülməsi bizim üçün vacib idi». Hədəf bu düşmənlərin üzə çıxarılaraq cəzalandırılmasıdır və bu işi Hərbi Prokurorluğun əməkdaşları layiqincə görməkdədirlər.

Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsində aparılan cinayət təqibi üzrə ibtidai araşdırma işləri təkcə Xocalı soyqırımı cinayətləri ilə bitmir. İstintaq zamanı sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərini törətmiş şəxslərdən 39-u Xocalı soyqırımı, 12-i Qaradağlı soyqırımı, 18-i Bağanıs-Ayrım soyqırımı, 9-u Meşəli soyqırımı, 47-i Kərkicahan soyqırımı, 35-i əsir və girov götürülmüş şəxslərə qarşı işgəncə, 3-ü terrorçuluq cinayətləri, 85-i digər epizodlar və 57-i ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adam öldürmə və sair cinayətlər üzrə olmaqla, müvafiq şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulan cinayətləri törətmələri sübuta yetirildiyindən, onların müvafiq maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilmiş, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilmiş və axtarışlarının təmin edilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Bürosuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilmişdir. Hazırda hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bu işlərlə yanaşı, qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilən cinayətlərin istintaqı zamanı aşkar edilmiş fakt və sübutların, xalqımızın tarixi torpaqlarından zorla çıxarılması üçün həyata keçirilmiş deportasiya siyasətinin, azərbaycanlılara qarşı xüsusi amansızlıqla və qəddarlıqla törədilən kütləvi qırğınların tarixin yaddaşına həkk olunması, obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu barədə gələcək nəsillərin ixtiyarına tutarlı dəlillərin və ətraflı məlumatların verilməsi, Ulu Öndər Heydər Əliyev tərəfindən 26 mart 1998-ci il tarixdə imzalanmış «Azərbaycanlıların soyqırımı haqqında» Fərmanla və «Xocalı soyqırımının 20-ci ildönümü haqqında» Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 yanvar 2012-ci il tarixli Sərəncamı ilə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi məqsədilə, qısa müddətdə toplanmış zəngin tarixi sənədlər, faktlar və istintaq materialları əsasında, Respublika Hərbi prokuroru cənab Xanlar Vəliyevin təşəbbüsü ilə Hərbi Prokurorluğun mərkəzi aparatının inzibati binasında Memorial Soyqırım muzeyi yaradılmışdır. Muzey 24 fevral 2014-cü il tarixdən fəaliyyətə başlayıb.

Xüsusi vurğulanmalıdır ki, bu örnək addım ölkəmizdə bir ilkdir və təqdirə layiqdir.

Aldığımız məlumata görə, yaradıldığı vaxtdan bu günədək muzeyi xarici vətəndaşlar da daxil olmaqla 21000 nəfərdən artıq şəxs ziyarət edib, o cümlədən təkcə ötən il üçün bu göstərici 2300 nəfərdən artıq olub.

Muzeyi ziyarətçilər üçün ödənişsizdir, faktları əks etdirən sənədlərlə zəngindir və hər bir şəxs ziyarət edə bilər.

Yerigəlmişkən həmin muzey barədə oxucularımızın geniş məlumat əldə etmələrini təmin etmək məqsədi ilə bu barədə ətraflı yazı hazırlamağı nəzərdə tutduğumuzdan, bununla əlaqədar müvafiq şəraitin yaradılması üçün tərəfimizdən Hərbi Prokurorluğa müraciət olunacaqdır.

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, həm də düşmənlə mübarizədə «tarixi aspektdə» dəyərli işlər görməkdədir. Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix institutu ilə birgə layihə əsasında “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” və “Soyqırım muzeyi” kitabları işıq üzü görüb. Cinayət işlərinin materialları əsasında Xocalı soyqırımına dair “Əsrin faciəsi” filmi çəkilmiş, ingilis dilinə dublyaj olunmuş, həmçinin soyqırım şəkilləri toplanılaraq vahid diskdə cəmləşdirilmişdir.

Bu qısa vaxtda bir aidiyyatlı orqanın gördüyü böyük işlərdir. Bu işləri bir vətəndaş yanğısıyla görülməsi məsələnin görünən tərəfidir və bu işləri görmüş şəxslərə öz minnətdarlığımızı bildiririk. Sözsüz ki, Respublika Hərbi prokuroru cənab Xanlar Vəliyevin peşəkarlığı, vətənpərvərliyi və düşmənin xislətini yaxşı bilməsi bu işlərin görülməsində böyük rol oynamışdır. Araşdırma zamanı bunu bir daha gördük ki, istintaq-əməliyyat qrupu hərbi aspektdə öz işini layiqincə görməkdədir. Bu müqəddəs bir işdir və tarix üçün görülməsi vacib olan bir işdir. 100 il öncə ilə əlaqədar bir fakt və cümləni axtardığımız kimi bizdən sonra gələn nəsillər də bu faktları axtarıb yararlanacaqlar. Görülən işlərin təfərrüatı ilə mövzumuzu davam etdirəcəyik.

Ardı var…

Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: