AVMVİB sədri Birinci qrup Qarabağ qazisi, araşdırmaçı yazar Hacı Həsən Hüseyini ilə görüşüb

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsinin üzvü, birinci qrup Qarabağ qazisi, İlahiyyatçı, araşdırmaçı yazar Hacı Həsən Hüseyini AVMVİB -in qərargahında AVMVİB Sədri Füzuli Rzaquliyevlə görüşüb.

Görüşdə sədr və yazar arasında səmimi söhbət olub.

Sonda Hacı Həsən 11 ilə ərsəyə gətirdiyi, Azərbaycan dövlətinin banisi Şah İsmayıl Xətainin 535 illiyinə həsr etdiyi «Xətai 535» kitabını (Elmi əsərini) AVMVİB Sədri Füzuli Rzaquliyevə təqdim edib.

Füzuli Rzaquliyev Hacı Həsən Hüseyiniyə təşəkkür edərək ,yaradıcılıq uğurları diləyib.

AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev

Bu xəbəri paylaşın: