9 May — Qələbə Günü bayramı münasibəti ilə Azərbaycan İstilik Elektrik Stansiyası MMC-də çalışan şəhid ailələrinə və Qarabağ qazilərinə «Azərenerji» ASC — nin prezidenti Baba Rzayevin göstərişi əsasında yardım edilib.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov məlumat verib.
Bayram tədbirində Azərbaycan İstilik Elektrik Stansiyası MMC —in direktoru Təhmasib Hüseynov və Həmkarlar komitəsinin sədri Seymur Həsənov, AVMVİB sədrinin müavini, AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov iştirak ediblər
Xatırladırıq ki, «Azərbaycan IES» MMC-də 200 nəfərdən çox Qarabağ müharibəsi veteranı çalışır.



