MasallıdaŞəhid mayor Anar Novruzovun doğum günü qeyd edilib

Şəhid mayor Anar Novruzov yaşasaydı 47 yaşı tamam olacaqdı
Mayın 12-də, Masallı rayonunun Ərkivan qəsəbəsində Aprel və Tovuz döyüşləri qəhrəmanı, şəhid mayor, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Anar Novruzovun (12.05.1976-14.07.2020) ad günü qeyd olunub.
A.Novruzovun anadan olmasının 47-ci ildönümü mərasimi şəhidin məzarı önündə keçirilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və rayonun digər rəsmiləri, AzərbaycanVətən Müharibəsi Veteranları İçtimai Birliyinin Ərkivan qəsəbəsi üzrə özək sədri Elmir Əliyev, Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əhməd Əhmədov, müharibə veteranları, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

v

Bu xəbəri paylaşın: